...

Azərbaycanda beynəlxalq telefon danışıqları trafiki artıb

Telekommunikasiya Materials 23 İyul 2007 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Birinci yarımildə Aztelekom İB vasitəsilə Azərbaycana daxil olan beynəlxalq telefon danışıqları 2006-cı ilin eyni dövrü ilə müqayisədə 35,16 mln. dəqiqə artaraq 136,15 mln. dəqiqə təşkil edib. Bu barədə bazar ertəsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində xaricə edilən zənglər də 14,61 dəqiqə artaraq 53,16 mln. dəqiqə təşkil edib.

Bununla yanaşı Bakı, rayon şəbəkələri və AzEuroTel BM tərəfindən mobil şəbəkə də nəzərə alınmaqla daxil olan trafik 172,45 mln. dəqiqə təşkil edib.

Xəbər lenti

Xəbər lenti