...

Cəlilabad mərkəzi ATS-nin tam bərpası üçün tender elan olunub

Telekommunikasiya Materials 10 Sentyabr 2007 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelecom" İB-ə məxsus Cəlilabad telekommunikasiya qovşağı rayonun mərkəzi ATS-nin tam bərpası üçün açıq tender elan edib. Nazirlikdən verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər ilkin sənədləri oktyabrın 4-nə, tender təkliflərini isə Cəlilabad telekommunikasiya qovşağının kadrlar şöbəsinə oktyabrın 11-nə kimi təqdim etməlidirlər.

Tenderdə iştirak haqqı min manatdır. Tender oktyabrın 12-də telekommunikasiya qovşağında baş tutacaq. Qalibin seçimi zamanı üstünlük müasir avadanlıqla texniki şərtlərin münasib qiymətə tam və tezliklə yerinə yetirilməsini təklif edən və uyğunluq sertifikatına malik olan namizədə veriləcək.

Xəbər lenti

Xəbər lenti