...

Azərbaycan Nəqliyyat Nazirliyi avtomobil magistralının genişləndirilməsi üzrə tender elan edib

Tender müsabiqələri Materials 7 Yanvar 2012 11:38 (UTC +04:00)
ООАО "Азерйолсервис" министерства транспорта Азербайджана объявило предквалификационный отбор в рамках расширения с двухполосной до четырехполосной участка на 45-66,3 километрах автомобильной дороги "Баку-Шамахы-Муганлы",
Azərbaycan Nəqliyyat Nazirliyi avtomobil magistralının genişləndirilməsi üzrə tender elan edib

Azərbaycan, Bakı, 7 yanvar/Trend müxbir E. İsmayılov/

Azərbaycan Nəqliyyat Nazirliyi yanında "Azəryolservis" ASC Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 45-66,3 kilometr sahəsində ikizolaqlıdan dördzolaqlıya genişləndirilməsi çərçivəsində ilkin təsnifat seçimini elan edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Xalq qəzeti"ndə dərc edilən məlumatda deyilir.

Bu sahədə işlərin Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının struktur bölmələrinin ayırdığı vəsaitlər hesabına görülməsi planlaşdırılır.

Tenderdə iştirak etmək üçün dəvət 2012-ci ilin mayına planlaşdırılıb. Tenderdə iştirak 150 manat və ya 190 dollar təşkil edir. Tenderin ilkin seçmə mərhələsinin sənədlərini yanvarın 5-dən etibarən əldə etmək mümkün olacaq.

Tenderin ilkin seçmə mərhələsində iştirak üçün sorğu 23 fevral saat 17:00-a qədər aşağıdakı əlaqə ünvanlarına təqdim edilməlidir:

Azərbaycan, AZ 1010, Bakı, Üzeyir Hacıbəyov küçəsi, 72/4

Azərbaycan Nəqliyyat Nazirliyi, "Azəryolservis" ASC

Tel.: (+994 12) 493 00 45,

Faks: (+994 12) 493 46 65

Elekton poçt ünvanı: [email protected]

Əlaqəli şəxs: Adil Qocayev.

Xəbər lenti

Xəbər lenti