...

Azərbaycanın Əmək Nazirliyi tender elan edib

Tender müsabiqələri Materials 30 Aprel 2012 10:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir H.Vəliyev /

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünün Bakıda və regionlardakı bütün struktur bölmələrinini İP kommunikasiya sistemləri ilə təchiz edilməsi və DATA mərkəzlərin yaradılması üzrə tender elan edib. Bu barədə bazar ertəsi Tender Komissiyasının yaydığı məlumatda deyilir.

Göstərilən sistemlərin tətbiqi üzrə işlər müqavilənin imzalandığı vaxtdan 32 həftə (təxminən səkkiz ay) ərzində yerinə yetirilməlidir.
Tenderdə iştirakın dəyəri 200 manatdır. İştirakçılardan tender təklifləri 8 iyun saat 15:00-dək qəbul edilir. Tender proseduru həmin gün saat 15:00-da keçiriləcək.

Tender haqqında əlavə məlumatı 596-09-36, 596-09-84 nömrəli telefonla almaq mümkündür. Əlaqələndirici şəxslər: Zaur Cəfərli və Leyla Məmmədova.

Xəbər lenti

Xəbər lenti