...

Azərbaycanda lotereya biletlərinin çap edilməsi və satışı üzrə tender elan edilib

Tender müsabiqələri Materials 19 Noyabr 2012 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir A.Axundov/

"Azərlotereya" ASC lotereya biletlərinin çap edilməsi və satışı üzrə tender elan edib. Bu barədə Tender Komissiyasının rəsmi mətbuatda dərc olunmuş məlumatında deyilir.

Tender iki lot üzrə keçiriləcək: birinci lotun qalibi 2013-cü il ərzində hər ay tələb olunan sayda və müddətdə lotereya biletlərini çap edib təhvil verməlidir, ikinci lotun qalibi isə müvafiq dövrdə lotereya biletlərinin satışını təşkil etməlidir.

Tenderin birinci lotu üzrə iştirakın dəyəri 300 manat, ikinci lot üzrə 400 manat təşkil edir.

Tender təklifləri 27 dekabr saat 18:00-dək Bakı şəhəri, Bülbül prospekti, 19 ünvanında qəbul edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti