Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir A.Axundov/
Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondu (AİF) mebelin alınması ilə bağlı tender élan edib.
Trend-in məlumatına görə, bu barədə tender komissiyasının "Respublika" qəzetində dərc olunan məqaləsində bildirilir.
Tenderin şərtlərinə görə, ilkin sənədlər 19 sentyabr, bütün digər tələb olunan sənədlər isə oktyabrın 3-ü saat 18:00-dək qəbul olunur. Tender təkliflərinin açılışı 4 oktyabr saat 15:00-da baş tutacaq.
Tenderlə bağlı əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət etmək olar:
Nicat Rzayev
Tel: 441-24-23 (daxili. 151).