...

Azərbaycanda sovet dövrünün turizm marşrutlarının bərpası təklif edilir

Turizm Materials 18 Yanvar 2018 14:15 (UTC +04:00)
Azərbaycanda sovet dövründə olan turizm marşrutlarının bərpası təklif edilir.
Azərbaycanda sovet dövrünün turizm marşrutlarının bərpası təklif edilir

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda sovet dövründə olan turizm marşrutlarının bərpası təklif edilir.

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə bildirib ki, sovet dövründə Azərbaycana gələn turistlər üçün bir çox maraqlı marşrutlar olsa da, bu gün həmin marşrutlar üzrə turlar təşkil edilmir:

“Məsələn, sovet dövründə Bakı-Şamaxı-Şəki-Gürcüstan turu təşkil olunurdu. Albaniya turistləri bu tura çox maraq göstərirdilər və buna görə ölkəmizə səfər edirdilər. Bundan başqa, indi elə turizm marşrutları var ki, onlar yeni istiqamət kimi qəbul edilir. Məsələn, sovet dövründə Qubanın Təngəaltı, Afurca kəndlərinə, eləcə də Qusarda Laza şəlaləsinə səfərlər çox olurdu. İndi isə turistlər artıq bu yerlərə səfər etməyə də maraq göstərirlər”.

M.Ağakərimov qeyd edib ki, yay mövsümündə Azərbaycana gələn əcnəbi turistlər ölkəmizin regionlarına daha çox maraq göstəririlər.

Onun sözlərinə görə, son illərdə Azərbaycana Rusiya, İran və ərəb ölkələrindən gələn turistlərin sayı artıb. Turistlər daha çox Şamaxı, Qəbələ, Şəki, Qax, Quba və Qusar rayonlarına səfər edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti