...

Bolqarıstanda keçirilmiş turizm sərgisində Azərbaycan milli stendlə təmsil olunub (FOTO)

Turizm Materials 20 Fevral 2018 18:26 (UTC +04:00)
Bolqarıstanın aparıcı turizm sərgilərindən olan “Holiday&SPA EXPO” 35-ci beynəlxalq turizm sərgisində Azərbaycan milli stendlə təmsil olunub.
Bolqarıstanda keçirilmiş turizm sərgisində Azərbaycan milli stendlə təmsil olunub (FOTO)

Bakı. Trend:

Bolqarıstanın aparıcı turizm sərgilərindən olan “Holiday&SPA EXPO” 35-ci beynəlxalq turizm sərgisində Azərbaycan milli stendlə təmsil olunub.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, sərgi səfirlik, Azərbaycan Turizm Assosiasiyası və “Buta Airways” şirkətinin birgə təşkilatçılığı ilə Sofiyanın İnter Expo Mərkəzində baş tutub.

Azərbaycan xalçaları ilə bəzədilmiş milli stenddə tədbir iştirakçıları və ziyarətçilərə ölkəmizin tarixi, adət-ənənələri, mədəniyyəti, Azərbaycanın turizm potensialı, rekreasiya və turizm mərkəzləri barədə ətraflı məlumat verilib, “Breeze Travel” şirkəti tərəfindən hazırlanmış müxtəlif növ 7 günlük hazır tur paketlər təqdim edilib, ölkəmizin turizm imkanlarını, mətbəxi və mədəniyyətini əks etdirən broşür və suvenirlər tədbir iştirakçılarına paylanılıb. Ölkə stendində həmçinin Azərbaycanın istehsalı olan şərabların dequstasiyası və Azərbaycan şirniyyatlarının təqdimatı keçirilib. Dequstasiya zamanı ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar haqqında məlumat verilib, Azərbaycan şirniyyatları haqqında ətraflı danışılıb.

Azərbaycan ilə Bolqarıstan arasında cari ilin yanvar ayından etibarən “Buta Airways” şirkəti tərəfindən birbaşa hava əlaqəsinin yaradılması və 2017-ci il ərzində ölkəmizin turizm potensialının Bolqarıstanda intensiv təbliğinin nəticəsi olaraq sərgi zamanı Azərbaycan stendi xüsusi maraqla qarşılanıb, Bolqarıstanın bir sıra turizm şirkətlərinin nümayəndələri əməkdaşlıq təklifləri ilə müraciət edib.

Qeyd edək ki, Bolqarıstanın Avropa İttifaqına sədrliyi proqramının bir hissəsi olan bu ilki sərgiyə Bolqarıstan da daxil olmaqla 22 xarici ölkədən 350 çox sərgi iştirakçısı və 20 mindən çox ziyarətçi qatılıb. Bolqarıstan Turizm Nazirliyinin himayəsi altında və Sofia şəhər bələdiyyəsinin tərəfdaşlığı ilə keçirilən “Holiday&SPA EXPO” Bolqarıstanda hər il keçirilən ən böyük turizm sərgisidir və turizm sahəsində ixtisaslaşan mütəxəssisləri, biznes dairələri, eləcə də potensial turistləri bir arada cəmləşdirir.

Xəbər lenti

Xəbər lenti