...

Rəyasət heyətinin üzvü: Bosniya və Herseqovina ilə Azərbaycan bir-biri üçün cəlbedici turizm məkanına çevrilə bilər

Turizm Materials 23 Mart 2018 15:09 (UTC +04:00)
"Turizm bugünkü əməkdaşlıq səviyyəsinin daha da yaxşılaşa biləcəyi sahələrdən biridir".
Rəyasət heyətinin üzvü: Bosniya və Herseqovina ilə Azərbaycan bir-biri üçün cəlbedici turizm məkanına çevrilə bilər

Bakı. Fikrət Doluxanov - Trend:

Turizm bugünkü əməkdaşlıq səviyyəsinin daha da yaxşılaşa biləcəyi sahələrdən biridir.

Bunu Trend-ə eksklüziv müsahibəsində Bosniya və Herseqovina Rəyasət heyətinin üzvü Mladen İvaniç deyib.

Onun sözlərinə görə, turizm sahəsində həm Bosniya və Herseqovina, həm də Azərbaycan çox şey təklif edə bilər:

“Hər şeydən əlavə, turizm elə bir sahədir ki, burada xalqların mentalitetinin oxşarlığı vacibdir. Hər iki ölkə bir-biri üçün cəlbedici turizm məkanına çevrilə bilər. Hər iki ölkə tarixi abidə və təbii gözəlliklər, dağlar, çaylar və göllərlə zəngindir”.

M.İvaniç əlavə edib ki, hər iki ölkə gözəl mətbəxə malikdir: “Mən şəxsən bundan əmin oldum. Digər insanların da bu ölkələrin mətbəxi ilə tanış olmaq imkanları olsaydı, yaxşı olardı”.

O vurğulayıb ki, turizm sahəsində əlavə əməkdaşlıq üçün kifayət qədər imkan var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti