...

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 18 faiz artıb

Turizm Materials 21 Oktyabr 2019 22:00 (UTC +04:00)
Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz artaraq 4201,5 min nəfər olmuşdur.
Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 18 faiz artıb

Bakı. İlhamə isabalayeva - Trend:

Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz artaraq 4201,5 min nəfər olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ölkə vətəndaşlarının 36,3 faizi İrana, 29 faizi Gürcüstana, 17,5 faizi Rusiya Federasiyasına, 11,8 faizi Türkiyəyə, 5,4 faizi isə digər ölkələrə gedib. Gedənlərin 63,8 faizini kişilər, 36,2 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 39,1 faiz, Gürcüstana gedənlərin sayı 12,7 faiz, Rusiyaya gedənlərin sayı 6,5 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,7 faiz artıb.

Cari ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,1 faizi dəmir yolu və avtomobil, 17,2 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti