...

Sürətli bərpa-quruculuq işləri Azərbaycanın turzim potensialına müsbət təsir göstərəcək - İƏT Baş katibinin müavini

Turizm Materials 28 İyun 2022 11:42 (UTC +04:00)
Sürətli bərpa-quruculuq işləri Azərbaycanın turzim potensialına müsbət təsir göstərəcək - İƏT Baş katibinin müavini
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azad olunan ərazilərdə aparılan sürətli bərpa-quruculuq işləri Azərbaycanın iqtisadiyyatına və turzim potensialına müsbət təsir göstərəcək.

Trend-in məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ötən il azad olunan ərazilərə səfər zamanı işğal dövründə törədilən dağıntıların şahidi olublar.

"Ötən il işğaldan azad edilmiş əraziləri ziyarət etdim. Öz gözlərimizlə dağıntıların şahidi olduq. Həqiqətən ürəkağrıdıcı mənzərə idi. Həmin dağıntılar şübhəsiz ki, oranın turizm potensialına da böyük təsir göstərib. Lakin qısa zaman ərzində aparılan quruculuq işlərinin də şahidi olduq. Ümid edirəm ki, dağıdılmış məscidlər, tarixi-mədəni abidələr qısa zamanda bərpa ediləcək və sakinlərin ixtiyarına veriləcək. Bütün bunlar heç şübhəsiz turizm baxımından ölkə iqtisadiyyatına müsbət təsirini verəcək. Biz də İƏT olaraq Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləmişik. Aparılan quruculuq işləri müsəlman ölkələri tərəfindən də təqdir edilir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti