...

Quba kütləvi məzarlığındakı yeganə quyu dağıla bilər

Cəmiyyət Materials 8 Sentyabr 2011 15:51 (UTC +04:00)
Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutu olan Quba məzarlığındakı sonuncu quyu payız-qış aylarında dağıla bilər.
Quba kütləvi məzarlığındakı yeganə quyu dağıla bilər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutu olan Quba məzarlığındakı sonuncu quyu payız-qış aylarında dağıla bilər. Bunu cümə axşamı Trend-ə Quba soyqırımı ekspedisiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev bildirib.

Onun sözlərinə görə, məzarlıqdakı quyunun çatlamasının qarşısı primitiv şəkildə alınıb. Amma təcili olaraq müvafiq dövlət qurumları tərəfindən tədbirlər görülməsə, quyu dağılacaq.

"Biz indi çox sadə şəkildə quyunun çatlamasının qarşısını almışıq. Amma bu, müvəqqəti olacaq. Qarşıdan payız-qış ayları gəlir. Payız-qış aylarında gözlənilən hava şəraiti ilə əlaqədar quyunun dağılması sürətlənə bilər. Buna görə də quyunun dağılmasının qarşısını almaq üçün təcili tədbirlər görülməlidir", - Ağayev deyib.

Ekspedisiya rəisinin sözlərinə görə, məzarlığın arxlarındakı sümüklərin 70 faizi - 7 minə yaxını çürüməmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən dərmanlanıb. Məzarlıqda quyudakı sümükləri götürmək mümkün olmadığından onların yerində dərmanlanması lazımdır, lakin bu iş indiyədək həyata keçirilməyib.

Azərbaycan tarixi üçün çox əhəmiyyətli olan Quba məzarlığı 2007-ci il aprelin 1-də aşkarlanıb. Bu məzarlıq ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutudur.

Məzarlıqdakı ilk quyu baxımsızlıq üzündən 2007-2008-ci ildə uçub.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin dekabrında Quba şəhərində Soyqırım Memorial Kompleksinin yaradılması haqqında imzaladığı sərəncama uyğun olaraq, hazırda bu kompleksin tikintisi aparılır.

Xəbər lenti

Xəbər lenti