...

Azərbaycan Gənclər Fondu ilə Polşanın Təhsil Sisteminin İnkişafı Fondu arasında anlaşma memorandumu imzalanacaq

Cəmiyyət Materials 30 Oktyabr 2012 12:29 (UTC +04:00)
Bakıda keçirilən “Sərhədsiz gənclər əməkdaşlığı” adlı beynəlxalq forum çərçivəsində Azərbaycan Gənclər Fondu ilə Polşanın Təhsil Sisteminin İnkişafı Fondu arasında anlaşma memorandumu imzalanacaq.
Azərbaycan Gənclər Fondu ilə Polşanın Təhsil Sisteminin İnkişafı Fondu arasında anlaşma memorandumu imzalanacaq

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Bakıda keçirilən "Sərhədsiz gənclər əməkdaşlığı" adlı beynəlxalq forum çərçivəsində Azərbaycan Gənclər Fondu ilə Polşanın Təhsil Sisteminin İnkişafı Fondu arasında anlaşma memorandumu imzalanacaq. Bu barədə Trend-ə Azərbaycan Gənclər Fondundan məlumat verilib.

Avropa İttifaqı və Azərbaycan arasında qeyri-formal təhsil sahəsində beynəlxalq gənclər əməkdaşlığının vacibliyinin və tanınmasının inkişafını özündə əks etdirən memorandum Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Polşanın Təhsil Sisteminin İnkişafı Fondunun baş direktoru Miroslav Marçevski tərəfindən imzalanacaq.

Avstriya, Belçika, Bolqarıstan, Danimarka, Almaniya, Kipr, Macarıstan, Polşa, İtaliya, İspaniya, Sloveniya, Türkiyə, İngiltərə, Belarus, Gürcüstan, Rusiya, Ukrayna, Misir, Morokko, İordaniya, Tunis, Albaniya, Makedoniya, Serbiya, Estoniya, Norveç, Lüksemburq, İsveç, Fransa kimi ölkələrin gənclər təşkilatlarının, milli agentliklərinin nümayəndələrinin iştirak etdiyi forum 3 paneldə davam edir. Panellərin mövzuları "Gənclər Fəaliyyətdə" Proqramı və tərəfdaş ölkələr arasında əməkdaşlıq, "Gənclər Fəaliyyətdə" proqramının mənim regionuma təsiri və reallıqlar, gələcək perspektivlərdir. Bununla yanaşı, forumun rəsmi açılışından sonra iştirakçılar Şəhidlər Xiyabanını ziyarət edib, Dövlət Bayraq Meydanında olublar. muşlar.

28-30 oktyabr 2012-ci il tarixlərində Bakıda keçirilən "Sərhədsiz gənclər əməkdaşlığı" adlı beynəlxalq forumun təşkilatçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə Baş Direktorluğudur. Forumun keçirilməsinin əsas məqsədi Avropa Komissiyasının "Gənclər fəaliyyətdə" proqramı və tərəfdaş ölkələr arasında qeyri-formal təhsil sahəsi üzrə beynəlxalq gənclər əməkdaşlığının tanınmasının inkişaf etdirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti