...

Binəqədidə “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində “Ən təmiz bağça” müsabiqəsinə yekun vurulub və yeni istirahət parkının açılışı olub (FOTO)

Cəmiyyət Materials 22 Sentyabr 2014 14:54 (UTC +04:00)
Sentyabr ayının 20-də “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində Binəqədi rayon bağçaları arasında keçirilən “Ən təmiz bağça” müsabiqəsinə yekun vurulmuş və 9-cu mikrorayon Adil Məmmədov küçəsi 69 ünvanında yeni məhəllədaxili istirahət parkının açılışı olmuşdur.
Binəqədidə “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində “Ən təmiz bağça” müsabiqəsinə yekun vurulub və yeni istirahət parkının açılışı olub (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Sentyabr ayının 20-də "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində Binəqədi rayon bağçaları arasında keçirilən "Ən təmiz bağça" müsabiqəsinə yekun vurulmuş və 9-cu mikrorayon Adil Məmmədov küçəsi 69 ünvanında yeni məhəllədaxili istirahət parkının açılışı olmuşdur.

Trend-in məlumatına görə, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə RİH başçısının müavini Aygün Əliyeva çıxış etmiş, "Təmiz Binəqədi" sosial layihəsinin mahiyyəti barədə məlumat vermişdir. A.Əliyeva rayonda böyük maraqla qarşılanan bu sosial layihədə uşaq bağçalarının aktiv iştirakını qeyd etmişdir. Müsabiqədə iştirak edən bağçalar mükafatlandırılmış və diplomlarla təltif edilmişlər.

Tədbirin bədii hissəsində müsabiqə iştirakçısı olan 8 bağça konsert proqramları ilə çıxış etmiş, körpə fidanların ifasında tamaşaçıların marağına səbəb olan bir-birindən gözəl musiqi nömrələri və səhnəciklər nümayiş etdirilmişdir.

Tədbirin bədii hissəsi respublikamızın tanınmış incəsənət ustalarının ifası ilə davam etmişdir. "Təmiz Binəqədi" sosial layihəsinin simvolu sayılan "Yaşıl adam" personajı "Təmiz Binəqədi" tortunu kəsmişdir. Yekunda artıq ənənə halını almış aksiya keçirilərək aztəminatlı ailələrdən olan bir qrup yeniyetməyə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən velosipedlər hədiyyə edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti