...

Azərbaycan və Ukrayna alimləri Xəzər və Qara dənizləri hövzəsində neft-qaz potensialını öyrənəcəklər

Cəmiyyət Materials 4 İyun 2010 17:20 (UTC +04:00)
Azərbaycan və Ukrayna alimləri Xəzər və Qara dənizləri hövzəsində neft-qaz potensialını öyrənəcəklər.
Azərbaycan və Ukrayna alimləri Xəzər və Qara dənizləri hövzəsində neft-qaz potensialını öyrənəcəklər

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Ukrayna alimləri Xəzər və Qara dənizləri hövzəsində neft-qaz potensialını öyrənəcəklər.

AMEA-nın Geologiya İnstitutu Ukraynanın elmi təşkilatları və universitetləri ilə elmi əlaqələrini inkişaf etdirmək niyyətindədir. Bu məqsədlə institutun alimləri akademik İbrahim Quliyev, AMEA-nın müxbir üzvü Hətəm Quliyev və geologiya-mineralogiya elmləri namizədi Xanlar Ağayev Ukrayna Milli Elmlər Akademiyası (UMEA) Geofizika İnstitutu, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Geologiya fakültəsi və Ukrayna Elmi-Texnoloji Mərkəzində olublar. Bu barədə AMEA-nın məlumatında deyilir.

Səfər çərçivəsində yeni müştərək və beynəlxalq layihələr təşkil etmək barədə razılıqlar əldə edilib.

Ukrayna alimləri ilə gələcək əməkdaşlıq planına kadr hazırlığı və təcrübə mübadiləsi də əlavə edilib. Nəzərdə tutulmuş işlərdən biri də Avropanın qabaqcıl elmi mərkəz və universitetləri ilə birgə "Xəzər və Qara dənizləri hövzəsinin neft-qaz potensialının öyrənilməsində müasir geodinamikanın nəzərə alınması" adlı layihənin hazırlanaraq Avropa İttifaqının Yeddinci Çərçivə Proqramına təqdim etməkdir.

Xəbər lenti

Xəbər lenti