...

Ankara – Yerevan protokolunun Türkiyə parlamentində təsdiqi asan olmayacaq - Türkiyə BMMM- nin beynəlxalq münasibətlər üzrə komissiya sədri

Nəzər nöqtəsi Materials 10 Oktyabr 2009 23:43 (UTC +04:00)

Türkiyə Böyük Millət Məclisinin beynəlxalq münasibətlər üzrə komissiya sədri Murat Mərcan Türkiyənin CNN Türk telekanalına verdiyi açıqlamada Ankara - Yerevan  protokolunun Türkiyə parlamentində təsdiqinin asan olmayacağını bilrib.

"Ankara - Yerevan protokolunun Türkiyə parlamentində təsdiqi asan olmayacaq " - deyə Mərcan bildirib.

Trend -un arayışı : Ankara - Yerevan protokolu İsveçrənin Sürix şəhərində Türkiyənin XİN rəhbəri Ahmet Davudoğlu və Ermənistan XİN rəhbəri Edvard Nalbandyan tərəfindən imzalanıb.

Protokolun bu  gün Bakı saatı ilə 20.00 da imzalanması ehtimal edilsə də , protkolun imzalanması Ermənistanın Türkiyə XİN başçısının Dağlıq Qarabağla söyləyəcəyi  nitqə  etirazından sonra təxirə salınmışdı. ABŞ dövlət katibi Hillari Kliton və Ermənistan  XİN rəhbərinin görüşməsinədn sonra  tərəflər protokolu imzalamanq üçün mərasimə qatıldılar.  Protokolun imzalanmasından sonra  Türkiyə və Ermənistan  tərəfi imzalanan protokolla bağlı  nitq  söyləməyiblər.

Xəbər lenti

Xəbər lenti