Nəqliyyat probleminin həll yolu: polad relslər və ya keçmişə qayıdış

Nəqliyyat probleminin həll yolu: polad relslər və ya keçmişə qayıdış

Bəxtiyar Hacıyev - Trend:

Son vaxtlar Bakıda bir sıra sərnişin avtobuslarının hərəkət qrafikinə mütəmadi dəyişikliklər edilir, müasir standartlara cavab verən avtobusların köhnələri tədricən sıradan çıxarması ilə yeni xətlər yaradılır, bəzi xətlər ləğv edilir. Bu proseslərin hələ bir müddət davam edəcəyi qaçılmazdır.

Yay mövsümünün bitməsi, tədris mövsümünün başlaması ilə artan nəqliyyatın hərəkətini, sərnişin sıxlığını, tıxacları nəzərə alsaq, marşrut xətlərində dəyişiklikləri, bir sıra xətlərin ləğvini normal qəbul etmək, hətta alqışlamaq olar. Bundan başqa, ənənəvi pozuntulara yol verən sürücülərin aşkar olunması ilə bağlı reydlər mütəmadi aparılır. Yeni “qırmızı avtobuslar”la çoxdan gözlədiyimiz ictimai nəqliyyatda nizam-intizam artıq reallaşır. Bu avtobuslarda sürücü ilə çənə-boğaz olmağa, harada gəldi minməyə-düşməyə, konduktorla qəpik davası etməyə daha heç bir şərait yoxdur.

Bütün bunların paytaxtın mərkəzi hissəsində əzbər bildiyimiz nəqliyyat problemlərini tədricən aradan qaldıracağına inam artır. Lakin Bakıətrafı qəsəbələrdə mənzərə fərqlidir, daha doğrusu, hələ ki köhnə, tanış, “məhrəm” vəziyyətdir. Hələ də hansısa dayanacaqda 10-15 dəqiqə “yatan”, sonra bu gecikmiş 10-15 dəqiqənin əvəzində avtobusu qovan sürücülərlə ənənəvi “Adam kimi sür” – “Xoşun gəlmir, taksiyə min”, “Kartof daşımırsan e” dava-dalaşı, sərnişinlərlə dolu avtobusların yanacaqdoldurma məntəqələrinə soxulması davam edir...

Bakı sakinləri dar-düdük yollarla və ya səkilər boyunca farağat vəziyyətində duran parkomatlar sayəsində avtomobillərin yol qırağında saxlanmasının leqallaşdırılması ilə daha da darlaşan küçələrlə "iriçaplı" avtobuslarda yol getməkdən, sərnişinlərlə dava-qırğına çıxan sürücülərdən və ya isti havalarda müxtəlif iylərin sintezindən yaranan unikal qoxu səbəbindən əsl işgəncəyə çevrilən basabas metro vaqonlarına (Avropa Oyunları ərəfəsində gətirilən kondisionerli vaqonlar istisna) minməkdən təngə gəliblər.

Axı nə vaxta qədər bir-birimizin ağız, qoltuq, tər iyini içimizə çəkə-çəkə, bel-belə, kürək-kürəyə, ət-ətə yapışıb, göz-gözə, üz-üzə, sözün əsl mənasında tər vannası qəbul edib yol gedəcəyik?

Bu problemlərə hər mövsümdə 5-6 marşrut xəttini dəyişməklə, reyd keçirib qanacaqsız sürücüləri cərimələməklə son qoymaq mümkün olacaqmı? Müşahidələr göstərir ki, yox. Bunu əminliklə deməyə illərin bitib-tükənməyən “işgəncəli nəqliyyat təcrübəsi” əsas verir.

Bəs nə etməli? Bəlkə Bakıətrafı qəsəbələrdən mərkəzə rahat sərnişin axınını təmin etmək üçün yaxın keçmişə qədər mövcud olan elektrik qatarlarını (relsləri hələ də qalıb, hər yanından keçəndə dərindən köks ötürürük) bərpa edək?

İndi bizə yadigar qalan bu kol-kos basmış, ətrafı zir-zibillə dolu, uzun-uzadı polad relslərdir. Bir vaxtlar buradan elektrik qatarları keçirdi. Yeniləmək, fəaliyyətini daha da təkmilləşdirmək əvəzinə, ləğv etdilər. Sanki planlaşdırmışdılar: əvvəlcə qatarların sayı azaldı, sonra qatarların hərəkəti qrafikə uyğun gəlmədi, sonra da günə iki qatar qaldı - o da nə vaxt gedib-gəldiyi məlum deyildi - və bəyan etdilər ki, ləğv olunur, çünki heç kim istifadə etmir (?) Amma heç kim etiraz etmədi ki, vaxtı-vədəsi "elmə məlum olmayan" qatara kim minməlidir ki? Tramvay kimi, elektrik qatarları da tarixə qovuşdu.

Və əsəblərimizi indi də məhv edən, hələ də öhdəsindən gələ bilmədiyimiz "iriçaplı" avtobuslar canımıza daraşdı. Fəqət hələ də ümid var ki, elektrik qatarlarının tam fəaliyyəti nə vaxtsa bərpa olunacaq, çünki tramvay xətlərindən fərqli olaraq, bu relsləri hələ sökməyiblər, Bakı-Sumqayıt elektrik qatarları bərpa olunub, eləcə də planda digər xətlər üzrə Bakıətrafı qəsəbələrə hərəkət edəcək yeni qatarların istismara verilməsi gözlənilir. Son vaxtlarda dəmir yolu nəqliyyatı sahəsində aparılan uğurlu işləri də qeyd etmək yerinə düşər. Yəqin ki, daha bundan sonra söküb-dağıtmarıq, olanımızın qədrini bilərik.

Şəhərin mərkəzinə gəldikdə isə, yeni avtobusların gəlişi ilə müəyyən qədər nizam-intizam yaranıb. İndi “qarmoşkalı” avtobuslar da gözə dəyir. Belə avtobuslar ötən əsrdə Bakı küçələrində vardı və sərnişindaşımada çox effektli nəqliyyat vasitəsi idi.

Deməli, inkişaf, belə demək mümkünsə, keçmişə qayıdışdır. Və bütün bunlar ümid etməyə əsas verir ki, elektrik qatarlarımız, tramvaylarımız da bərpa olunacaq.

Lakin təkcə bu avtobuslarla mərkəzdə nəqliyyat problemini həll etmək mümkün olmayacaq. Bəlkə neçə ildir eşitdiyimiz "Bakıda tramvay xətti bərpa olunacaq" başlıqlı xəbərləri, söz-söhbəti reallığa çevirək? İndi əcnəbi şəhərlərdə olarkən müasir tramvayları görüb az qala ağzımızın suyunu axıdırıq. Belə olmamalıydı axı. Axı bütün bunlar Bakıda olanda indi sərnişindaşımada tramvay və elektrik qatarlarına üstünlük verən şəhərlərdə insanları mənzil başına yalnız avtobuslar çatdırırdı...

Metro sahəsində də yenilik və irəliləyiş var. Belə ki, yeni xətlər tikilir, stansiyalarda təmir bərpa-işləri aparılır, ötən il gətirilən yeni, müasir qatarlar bütün sərnişinlərin ürəyincədir. Amma bu da yetərli deyil. Metro vaqonlarının hamısını yeni, müasir standartlara cavab verən, kondisionerli vaqonlarla əvəzləməyin vaxtı çoxdan gəlib çatıb.

Son vaxtlar paytaxtın nəqliyyat probleminin həlli istiqamətində bir sıra tədbirlər görülür ki, bu da yaxın gələcəkdə sərnişindaşıma sahəsində çatışmazlıqların aradan qaldırılacağına, hətta tramvay və elektrik qatarlarının bərpa olunacağına ümid etməyə əsas verir.

Elə bir sərnişin tapılmaz ki, Bakı tramvaylarının, elektrik qatarlarının qayıdacağı günü səbirsizliklə gözləməsin...

“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə  açıq müsabiqə elan edir
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Loading Bars
Xəbər lenti
İtaliya Azərbaycanla əməkdaşlıq üçün Aİ-dən şirkətlərin cəlb olunmasına kömək edəcək
Azərbaycan nefti bahalaşır
"İsraildə Azərbaycan Evi"nin rəhbəri Akko şəhər meriyasının təşəkkürnaməsinə layiq görülüb
Baş Prokurorluq "Masazır" gölünün çirklənməsi məsələsini nəzarətə götürdü
Poliklinikaların fəaliyyəti standart qrafik üzrə bərpa edilib - Nazirlik
Xətai rayonunda yolların yenidən qurulmasına 10,05 milyon manat ayrılıb
Bu il Azərbaycanın ixrac və idxal etdiyi əsas məhsullar bunlar olub
Rusiyada 6 minə yaxın yeni yoluxma qeydə alınıb, 134 nəfər ölüb
İtaliyanın Azərbaycandakı səfiri pandemiyanın ticarət dövriyyəsinə təsirindən danışıb
Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün quraşdırılmasına başlanılıb (FOTO)
Gəncədə COVİD-19-a qarşı dezinfeksiya işləri gücləndirildi (FOTO)
Payızın qazandıran kampaniyası Hesab.az-da!
Yarımqoşquda külli miqdarda qanunsuz dərman preparatları aşkar edildi
Bakı-Quba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi
Poliklinikada qeydiyyatda olan tənha, xroniki və onkoloji xəstələr üçün çatdırılma xidməti var - Sektor müdiri
Peyvəndlərin aparılması bərpa edilib - Səhiyyə Nazirliyi
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edilib (FOTO)
Dövlət qulluğuna qəbul üzrə növbəti imtahana dair statistik məlumatlar açıqlanıb
“Abituriyent Məsləhət Mərkəzləri” istirahət günləri də fəaliyyət göstərəcək
Yankauskas: Aİ Azərbaycanda ikinci əsas investordur və tərəflər arasında münasibətlərin inkişafı davam edəcək
Zabrat-Pirşağı dəmir yolu tunelində işlər nə yerdədir? - Açıqlama
Üzeyir Hacıbəyli - Taleyi tarixlə birləşik dahi
Hacıqabulda usta şirkətin damından yıxıldı
Ermənistanda 239 yeni yoluxma qeydə alınıb
Karantin rejimini pozan restoran aşkarlanıb
Tamam Cəfərova: Uğurlu iqtisadi siyasət postpandemiya dövründə Azərbaycanın ən hazırlıqlı ölkələr sırasında olmasına imkan verəcək
Rəqəmsal platformaların istifadəsinin sadələşdirilməsi malların daşınmasını sürətləndirə bilər
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb
Bu gün həbsdə olan sabiq səfir Eldar Həsənovun şikayətinə baxılacaq
SOCAR-da satınalmalar necə həyata keçirilir?
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
Tərtərdə əmisini öldürən gəncin işi məhkəməyə göndərildi
Pərvin Kərimzadə: ATƏT-in Minsk Qrupu susqunluğuna son verməlidir
"ADY Express” Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə yeni növ yüklərin daşınmasına başlayacaq
V ixtisas qrupu üzrə qabiliyyət imtahanları bu gün yekunlaşır
Əmək müqaviləsi ilə çalışan əlil şəxslərin sayı açıqlanıb
Ceyhun Bayramovun Ermənistanın qanunsuz fəaliyyəti barədə məktubu BMT sənədi kimi dərc olunub
Şəkidə koronavirusa kütləvi yoluxma olan bazar 3 günlük bağlandı - Operativ Qərargah
Qaradağda lift ustasının ölümü ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərildi
DTX əməliyyat keçirdi: “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində vuruşmuş şəxs tutuldu (FOTO)
Bərpa olunan Çıraqqaladan son görüntülər (FOTO)
Ürək-damar xəstəlikləri aşkar edildikdə nə etmək lazımdır?
Ermənistan iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 38 dəfə pozub
Sentyabrın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Bərdədə ev yanıb
bp “Enerji perspektivlərinə baxış – 2020” hesabatını təqdim edib
Goranboyda yük avtomobili yanıb
Qazaxıstanda daha 78 nəfər koronavirusa yoluxub
ABŞ-da Ermənistanın təcavüzündən bəhs edən proqram yayımlanıb
Mərkəzi Bank: Azərbaycanda POS terminalların sayının azalmasına səbəb dörd bankın lisenziyasının ləğvi ilə bağlıdır
Çavuşoğlu və NATO-nun baş katibi arasında telefon danışığı olub
Braziliyada koronavirusdan ölənlərin sayı 135 min nəfərə çatır
Türkiyədə zəlzələ baş verib
Fransada rekord sayda koronavirusa yoluxma qeydə alınıb
Moskvada bir sıra aviareys ləğv edilib
Dünyada koronavirusa yoluxanların sayı 30 milyon nəfəri ötüb
Bakıda bərbərxana yanıb
Suriyada güclü partlayış baş verib
Moskvada koronavirusdan ölənlərin sayı 5 033 nəfərə çatıb
BƏƏ-də koronavirusa yoluxanların sayı 82 min nəfəri ötüb
İpəyimiz dünya bazarlarına ixrac oluna bilər
Almaniyada xəstəxanaya haker hücumu nəticəsində xəstə həyatını itirib
Azərbaycana "Stadler" şirkətinin daha 9 ədəd yataq tipli vaqonları gətirilib
"İnstaqram"ın işində qüsurlar yaranıb
Özünüməşğulluq proqramının icra vəziyyəti necədir? – “Hədəf”də suallara aydınlıq gətirildi
"Neftçi" Avropa Liqasında "Qalatasaray"a məğlub oldu
Ədliyyə Nazirliyi və TƏBİB nümayəndələri Tofiq Yaqubluya baş çəkib
Türkiyədə koronavirusdan sağalanların sayı 263 min nəfəri ötüb
Maliyyə naziri pandemiya dövründə dövlətlərin prioritetləri barədə danışdı
Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb (FOTO)
Daha çox hansı ölkələrə məhsul ixrac edirik?
Cəlilabadda ikimərtəbəli evdə yanğın olub
Mingəçevir Dövlət Universiteti Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq edəcək
Azərbaycan iqtisadiyyatının bərpası 2020-ci ilin sonunadək başlayacaq
Bakıda mənzildən kişi meyiti tapılıb
TƏBİB: Reanimasiyada olan koronavirus xəstələrinin sayı 112 nəfərdir
1 saylı Bakı DOST Mərkəzi 110 minə yaxın vətəndaşa xidmət edib (FOTO)
Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərilib
Milli Məclisin Mədəniyyət komitəsi payız sessiyasında ilk iclasını keçirib (FOTO)
BŞTİ: Təhsil müəssisələrində sanitar-epidemioloji qaydalara həssas yanaşılır (FOTO)
Sentyabrın 18-i üçün teledərslərin cədvəli açıqlanıb
Mariya Zaxarova: Livanlı qaçqınların Dağlıq Qarabağa real axını barədə Rusiyanın təsdiqlənmiş məlumatı yoxdur
Milli Məclisin nümayəndə heyəti Rusiyaya rəsmi səfər edəcək
Ombudsmanın yeni çağrı mərkəzi istifadəyə verilib (FOTO/VİDEO)
Tofiq Yaqublunun apellyasiya şikayətinə baxılacaq vaxt bilindi
TÜRK PA-da Səhiyyə məsələləri üzrə parlament komitələri rəhbərlərinin iclası keçirilib
Vüqar Rəhimzadə: Dövlət idarəçiliyində açıq hökumət prinsiplərinin tətbiqi həyata keçirilən siyasətin əsas istiqamətlərindəndir
Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
Bakıda qardaşı arvadını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Şəkidə koronavirusa kütləvi yoluxma qeydə alınıb
Sentyabrın 18-də manatın dollara qarşı məzənnəsi
Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər
Azərbaycanda 119 nəfər koronavirusa yoluxdu, 140 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Sabah Sabunçuda içməli suyun verilişində məhdudiyyət olacaq
Dalma Elektrik Mühərriklərinin Təmiri Sahəsi yenidənqurmadan sonra istismara verildi (FOTO)
Təhsil eksperti: “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı tədrisin günün tələblərinə uyğun qurulmasına imkan verir
Azərbaycanda mədəniyyət xadimləri ilə bağlı ensiklopediya hazırlansın - TƏKLİF
Könül Nurullayeva Nizami rayon sakinləri ilə görüş keçirib (FOTO)
“AccessBank”ın simaları: Renat Hümbətov: “AccessBank”ın əsas üstünlüyü heç bir iş təcrübəsi olmayan gənclərə işləmək şansı verməsindədir
“General Əliağa Şıxlinski” gəmisinin təmir işləri başa çatıb (FOTO)
Bütün xəbərlər