...

İdarə müdiri: Uşaqların istedadının üzə çıxarılmasında olimpiada rol oynayır

Nəzər nöqtəsi Materials 6 Dekabr 2016 11:44 (UTC +04:00)
Son dövrlərdə Azərbaycanda xüsusi istedadlı uşaqlara dövlət dəstəyi gücləndirilib.
İdarə müdiri: Uşaqların istedadının üzə çıxarılmasında olimpiada rol oynayır

Bakı. İlhamə İsabalayeva - Trend:

Son dövrlərdə Azərbaycanda xüsusi istedadlı uşaqlara dövlət dəstəyi gücləndirilib.

Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Lütfizafə adına Məktəblilərarası I Məntiq Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

M.Vəliyeva bildirib ki, Təhsil Nazirliyi tərəfindən xüsusi istedadlı uşaqlar üçün xüsusi mərkəzlər yaradılıb.

M.Vəliyeva deyib ki, uşaqların istedadının daha erkən üzə çıxarılması üçün olimpiadanın keçirilməsi rol oynayır: "Biz Lütfizafə adına Məktəblilərarası I Məntiq Olimpiadasını məqsədsiz keçirməmişik. Ümid edirəm ki, valideynlər və məktəb direktorları uşaqların potensialını düzgün qiymətləndirəcək, məktəb rəhbərləri bu uşaqları xüsusi diqqətə götürəcək, müəllimlər onlar üçün xüsusi yanaşma üsullarından istifadə edəcəklər. Uşaqlar da öz istedadlarını dəyərləndirməlidirlər, çünki istedad hər kəsə verilmir. Onlar daim öz istedadlarını inkişaf etdirməlidirlər".

M.Vəliyeva bildirib ki, Məntiq Olimpiyadasında paytaxtın 292 məktəbindən 23 834 V-VI sinif şagirdi iştirak edib. Onların 2375-i finalda iştirak hüququ qazanıb. Yekun mərhələdə ən yüksək nəticə göstərən 83 şagird mükafatçılar sırasına daxil olub. İdarə müdiri qeyd edib ki, məktəblilərin marağı nəzərə alınaraq olimpiadanın hər il keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti