Bakı. Orxan Quluzadə - Trend:
Türkiyə Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində qeydə alınmış toqquşmalar nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar Azərbaycan xalqının kədərini bölüşür.
Trend-in məlumatına görə, bunu Ədalət və İnkişaf Partiyasının iclası zamanı Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, qanayan yaradır.
Baş nazir bildirib: “Azərbaycan ərazisi Ermənistan tərəfindən işğal olunub və bu problem hələ həll olunmayıb. Azərbaycanın dərdi - Türkiyənin dərdidir, Azərbaycanın xoşbəxtliyi – Türkiyənin xoşbəxtliyidir. Bir daha vurğulamaq istəyirəm ki, bu haqq işində Türkiyə həmişə Azərbaycanın yanındadır”.