...

Deputat: Regionların inkişafı daim dövlət başçısının diqqətindədir

Nəzər nöqtəsi Materials 8 Avqust 2017 08:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində regionların sosial-iqtisadi inkişafı çox əhəmiyyətli yer tutur.
Deputat: Regionların inkişafı daim dövlət başçısının diqqətindədir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində regionların sosial-iqtisadi inkişafı çox əhəmiyyətli yer tutur.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, dövlət başçısının diqqəti sayəsində Azərbaycan regionlarında infrastruktur tamamilə yenilənib: “Regionlarda hava limanlarının açılması, magistral və daxili yolların, o cümlədən dəmir yol xəttinin yenilənməsi, elektrik stansiyalarının inşası həm regionların simasını dəyişdi, həm də sonrakı inkişaf üçün baza rolunu oynadı. Eyni zamanda regionların inkişafı üçün ümumi xarakterik istiqamətlərdən başqa hər bir regionun xüsusiyyəti nəzərə alınmaqla konkret inkişaf proqamları hazırlandı. Prezident İlham Əliyevin bir neçə gün bundan öncə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Qaxda keçirdiyi respublika müşavirəsi göstərdi ki, hər bir regionun inkişafı üçün kifayət qədər potensial var”.

A.Mirzəzadə bildirib ki, ümumilikdə götürdükdə sahibkarlığın inkişafına dövlət dəstəyi göz qarşısındadır: “Bunun nəticəsidir ki, neftin qiymətinin kəskin düşməsinə, eyni zamanda dünyada maliyyə böhranına baxmayaraq, Azərbaycanda artıq yarım ildir ki, milli valyutanın stabilləşməsi müşahidə olunur, valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artır. Qax müşavirəsi bir daha göstərdi ki, regionların inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması daim dövlətin, xüsusilə Prezident İlham Əliyevin diqqətindədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti