Bakı. Aynur Qasımova - Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin Aleksandr Lapşinin əfv olunması barədə sərəncamı çox humanist bir addımdır.
Bunu Trend-ə “İsrail-Azərbaycan” Assosiasiyasının baş direktoru Lev Spivak deyib.
O, bu qərardan məmnun olduqlarını bildirib: “Bir çoxları, eləcə də A.Lapşinin ailəsi onun əfv olunması ilə bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Bu gün onun əfv olunması ilə bağlı sərəncamın imzalanması çox vacib addımdır”.