...

Natali Qule: Dövlət başçılarının Dağlıq Qarabağa dair görüşü - sülh danışıqlarında irəliləyiş üçün ən yaxşı fürsətdir

Nəzər nöqtəsi Materials 16 Oktyabr 2017 09:35 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçiriləcək görüşü - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda irəliləyiş üçün ən yaxşı fürsətdir.
Natali Qule: Dövlət başçılarının Dağlıq Qarabağa dair görüşü - sülh danışıqlarında irəliləyiş üçün ən yaxşı fürsətdir

Bakı. Gülqız Muradova - Trend:

Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçiriləcək görüşü - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda irəliləyiş üçün ən yaxşı fürsətdir.

Bunu Trend-ə fransalı senator, Senatın xarici işlər üzrə komitəsinin sədr müavini Natali Qule deyib.

ATƏT-in Minsk qrupunun ötən dövrdə xüsusilə effektiv olmadığını vurğulayaran senator qeyd edib ki, Cənubi Qafqaz 20 ildən çox müddət ərzində münaqişənin ən şiddətli anını gördükdən sonra ATƏT-in Minsk qrupu yeni təşəbbüs irəli sürüb.

N.Qulenin sözlərinə görə, iki ölkənin vətəndaş cəmiyyətləri uzunmüddətli sülhə nail olmaq üçün birlikdə çalışmalıdırlar: "Sülh təşəbbüsləri insanların özündən irəli gəlməlidir".

Helsinki Komissiyasının dinləmələrinin danışıqlara necə təsir edəcəyini şərh edən N.Qule qeyd edib ki, bu dinləmələr Trampın yeni administrasiyasının münaqişəyə dair mövqeyini görmək üçün imkan ola bilər.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri aprel hadisələrindən sonra 2 dəfə görüşüblər. Vyanada və Sankt-Peterburqdakı görüşlər münaqişənin həlli üçün müsbət siqnal sayılırdı. Ancaq Ermənistan tərəfi cəbhə xəttində təxribatlar davam etdirərək yenə də sülh ümidlərini puç etdi.

Helsinki Komissiyasına ABŞ-da erməni lobbisi ilə sıx münasibətdə olan Kris Smit rəhbərlik edir. K.Smit həmçinin, daha əvvəl ABŞ Konqresinin Helsinki Komissiyasına təqdim etdiyi antiazərbaycan qanunu layihəsinin təşəbbüskarı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti