...

Yunanıstan Energetika Nazirliyi: Avropa Komissiyasının qərarı Azərbaycan qazının Cənub-Şərqi Avropaya tranziti üçün boru kəmərinin tikintisini sürətləndirəcək

Nəzər nöqtəsi Materials 12 Noyabr 2018 18:28 (UTC +04:00)
Avropa Komissiyasının Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi və istifadəsi üzrə Yunaıstan və Bolqarıstan hökumətlərinin planını təsdiq etməsi tikinti işlərinə başlamaq üçün yol açır
Yunanıstan Energetika Nazirliyi: Avropa Komissiyasının qərarı Azərbaycan qazının Cənub-Şərqi Avropaya tranziti üçün boru kəmərinin tikintisini sürətləndirəcək

Bakı. Ləman Zeynalova - Trend:

Avropa Komissiyasının Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi və istifadəsi üzrə Yunanıstan və Bolqarıstan hökumətlərinin planını təsdiq etməsi tikinti işlərinə başlamaq üçün yol açır.

Trend-in məlumatına görə, bunu Yunanıstanın Ətraf mühit və energetika naziri Yorqos Statakis deyib.

Nazir qeyd edib ki, IGB enerji ehtiyatlarının tədarükü mənbələrinin şaxələndirilməsinə kömək edəcək və təbii qazı Transadriatik boru kəməri (TAP) vasitəsilə tədarük etməyə imkan yaradacaq:

“Bu, Yunanıstanın Cənub-Şərqi Avropa regionunda enerji qovşağı kimi rolunu artıracaq strateji layihədir. IGB Avropanın enerji bazarının birləşməsinə kömək edəcək”.

Qeyd edək ki, Avropa Komissiyası IGB layihəsinin Avropa İttifaqının dövlət yardımı göstərilməsi qaydalarına uyğun olmasını təsdiq edib.

IGB-nin reallaşdırılması üçün investisiyaların həcmi 240 milyon avro təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti