...

Arçil Sixarulidze: Hərbi saziş Azərbaycan, Gürcüstan və Türkiyənin regionda sabitliyin dəstəklənməsi üzrə səylərini möhkəmləndirəcək

Nəzər nöqtəsi Materials 21 Noyabr 2018 17:54 (UTC +04:00)
Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlıq artıq mövcuddur və Bakıda baş tutmuş görüşün yekununda növbəti sənədin imzalanması hər ölkənin bu regionda sülh və sabitliyin təmin olunması məsələsində digər ölkənin vacibliyini anladığı həqiqətinin təsdiqidir
Arçil Sixarulidze: Hərbi saziş Azərbaycan, Gürcüstan və Türkiyənin regionda sabitliyin dəstəklənməsi üzrə səylərini möhkəmləndirəcək

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlıq artıq mövcuddur və Bakıda baş tutmuş görüşün yekununda növbəti sənədin imzalanması hər ölkənin bu regionda sülh və sabitliyin təmin olunması məsələsində digər ölkənin vacibliyini anladığı həqiqətinin təsdiqidir.

Bunu Trend-ə beynəlxalq məsələlər üzrə ekspert Arçil Sixarulidze üç ölkə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında yeni sənədi şərh edərkən deyib.

O deyib: “Üçtərəfli əməkdaşlıq formatı regionda sabitliyin möhkəmlənməsi və təhlükəsizliyin qorunmasını nəzərdə tutur və ölkələrimiz radikal qruplarla fəal mübarizə aparır, kəşfiyyat məlumatlarının və digər məlumatların mübadiləsini həyata keçirir. Region dövlətlərindən hər biri mümkün risk və təhdidlərin aradan qaldırılması üçün səyləri birləşdirməlidir”.

Ekspert birgə təlimlərin keçirilməsində, hərbçilər arasında təcrübə mübadiləsində tərəflərin fəal iştirakının vacibliyini qeyd edib:

“Üçtərəfli əməkdaşlıq təkcə hərbi sahə ilə məhdudlaşmır. Ölkələrimiz ticari-iqtisadi, təhsil və digər sahələrdə sıx əməkdaşlıq perspektivlərinə malikdir. Türkiyə NATO üzvüdür, Gürcüstan isə bu alyansa daxil olmaq istəyir. Bu istiqamətdə az iş görülməyib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti