...

Zakir Həsənov: Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik

Nəzər nöqtəsi Materials 18 İyun 2019 10:30 (UTC +04:00)
Fransa məhkəməsinin qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımaması böyük qələbədir.
Zakir Həsənov: Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik

Bakı. Elçin Mehdiyev – Trend:

Fransa məhkəməsinin qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımaması böyük qələbədir.

Trend-in məlumatına görə, bunu Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir, həmçinin gəncləri sosial şəbəkələrdə diqqətli olmağa, təxribatlara uymamağa çağırıb: “Vətən, millət, dövlətçilik məsələlərində bütün şəxsi mövqelər kənarda durmalıdır. Bizim torpaqlarımız işğal olunubsa, birləşməliyik. Sosial şəbəkələrdə belə məsələləri yazanların 90 faizi ermənilər, digərləri isə öz şəxsi mövqelərindən çıxış edən cılız insanlardır. Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik, hamımız bir olmalıyıq”.

Z.Həsənov Bakıda UEFA-nın Avropa Liqasının final oyununun ermənilər tərəfindən siyasiləşdirilməsi cəhdlərinin boşa çıxdığını bildirib:

"Ermənilər çalışdılar ki, nəsə etsinlər, ancaq bütün cəhdlər boşa çıxdı, Azərbaycan yarışı yüksək səviyyədə təşkil etdi. Biz çalışmalıyıq ki, Azərbaycan dövlətçiliyini qoruyaq. 10 minlərlə zabitimiz səngərlərdə qəhrəmanlıq yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti