...

Ekspert: Azərbaycan yenə Ermənistanın işğalçılıq siyasətinə diplomatik zərbə endirdi

Nəzər nöqtəsi Materials 30 Oktyabr 2019 19:41 (UTC +04:00)
Azərbaycanın Qoşulmama Hərəkatı kimi nüfuzlu təşkilatın sədri seçilməsi Ermənistanın hakim dairələrində narahatlıq doğurub.
Ekspert: Azərbaycan yenə Ermənistanın işğalçılıq siyasətinə diplomatik zərbə endirdi

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycanın Qoşulmama Hərəkatı kimi nüfuzlu təşkilatın sədri seçilməsi Ermənistanın hakim dairələrində narahatlıq doğurub ki, bu da təəccüblü deyil və gözlənilən idi.

Bunu Trend-ə azərbaycanlı siyasi ekspert və teleaparıcı Zaur Məmmədov deyib.

Ekspert bildirib ki, Qoşulmama Hərəkatının sammiti növbəti dəfə bütün dünyaya çoxillik münaqişələrin qaldığını xatırlatdı:

“Bakı sammitində Azərbaycanın dövlət başçısı Qarabağla bağlı vacib bəyanatlar verdi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində danışıqlar yolu ilə həllinin zəruriliyini vurğuladı. Bu birmənalı ismarıc sammitin bütün iştirakçıları tərəfindən eşidildi və dəstək gördü. Bunu Azərbaycan dövlət siyasətinin diplomatik və ideoloji qələbəsi kimi qiymətləndirmək lazımdır. Eyni zamanda bu fakt hər vəchlə Azərbaycanla predmet danışıqlardan qaçan Ermənistanın işğalçılıq siyasətinə güclü zərbə oldu”.

Z.Məmmədov qeyd edib ki, Azərbaycan sülh və təhlükəsizliyin təmin olunması üzrə qlobal və regional səyləri dəstəkləyir və beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın inkişafına töhfə verməyə davam edir:

“Bakıda mütəmadi şəkildə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər ölkəmizin bütün dünyada artan nüfuzunun göstəricisidir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ölkəmizə yüksək etimad və dünya ictimaiyyətinin hörmətini göstərir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti