2020-ci ildə də Azərbaycan uğurla inkişaf edəcək, daha güclü dövlətə çevriləcək - Vüqar Rəhimzadə

2020-ci ildə də Azərbaycan uğurla inkişaf edəcək, daha güclü dövlətə çevriləcək - Vüqar Rəhimzadə

Bakı. Trend:

Arxada qalan hər il görülən işlərin hesabatı, növbəti il üçün hədəflərin müəyyənləşdirilməsinə geniş imkan yaradan dövr kimi xarakterizə olunur. Sevindirici haldır ki, ötən ili əvvəlki illə müqayisə etdikdə bütün sahələrdə təkmil islahatların həyata keçirilməsi nəticəsində möhtəşəm uğurlara imza atıldığı, ən əsası Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi fonunda yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə gedən yolun bir addım da yaxınlaşdığı diqqətdən kənarda qalmır. Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə səsləndirilən rəqəmlər, bu və ya digər sahələrdə əldə olunan biri-birindən əhəmiyyətli uğurlar da deyilənlərin təsdiqidir.

Bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, möhtərəm Prezidentimizin müşavirədə vurğuladığı kimi, 2019-cu il ölkəmiz üçün uğurlu il olub: "Hər bir ölkənin inkişafında əsas amil olan sabitlik və iqtisadi tərəqqi yüksək səviyyədə təmin olunub. Cari ildə dünyanın müxtəlif yerlərində gərginliklər, qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobud şəkildə pozulması, demokratik dəyərlərə hər addımda hörmətsizlik müşahidə edildiyi halda Azərbaycan dünyanın ən təhlükəsiz ölkəsi kimi mövqeyini möhkəmləndirdi. Təbii ki, ölkəmizdə sabitliyin təminatçısı Azərbaycan xalqıdır. İrəli sürülən hər bir təşəbbüsün ölkə ictimaiyyəti tərəfindən dəstəklənməsi davamlı uğurlara geniş imkanlar açır. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, xalq tərəfindən göstərilən dəstək, siyasətimizə verilən yüksək qiymət həm bizi daha da ruhlandırır və eyni zamanda, ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir".

2019-cu ilin sosial-iqtisadi göstəricilərinə diqqət yönəldən V.Rəhimzadə bildirib ki, Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısında qeyd etməsi atılan addımlara verilən yüksək dəyərdir: "Ölkəmizdə həyata keçirilən təkmil sosial-iqtisadi islahatlar, kadr islahatları uğurlarımızın cari ildə də davamlı olacağına əminliyi artırır. Ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sektoru 3,5, sənaye istehsalı 1,5 faiz, kənd təsərrüfatı təxminən 7 faiz artıb. İnflyasiya cəmi 2,6 faiz, əhalinin pul gəlirləri 7,4 faiz olub. Valyuta ehtiyatlarımız isə 6,4 milyard dollar artaraq, 51 milyard dollara çatıb. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir. İqtisadi tərəqqi güclü sosial siyasətlə müşayiət olunub. Belə ki, qəbul olunan iki sosial paket 4 milyondan artıq insanı əhatə edib, vətəndaşların maddi vəziyyəti yaxşılaşıb. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz artıb. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinin prioritetliyi cari ilin dövlət büdcəsinin sosialyönümlülüyünün artmasından da aydın görünür".

V.Rəhimzadə qeyd edib ki, 2019-cu ildə Azərbaycanın iqtisadi və siyasi imkanlarının artması ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin sayından, eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin qatıldığı beynəlxalq tədbirlərin miqyasından da aydın görünür. Azərbaycan ötən ildə 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə ev sahibliyi etdi. Prezident İlham Əliyev Rusiyanın Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında, MDB Dövlət Başçıları Şurasının Aşqabad Sammitində iştirak etdi. Hər bir beynəlxalq tədbir əhatə etdiyi mövzu və qəbul olunan sənədlər baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycanın beynəlxalq mövqeyinə etdiyi əlavələrlə də diqqət çəkən oldu. Azərbaycan ötən il eyni zamanda, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etdi. Bu sessiya çərçivəsində Şəki Xan Sarayı, Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edildi. Şəki Xan Sarayının bu siyahıda olması növbəti böyük uğurumuzdur. Ötən il Vaşinqtonda Dünya Astronavtika Konqresi keçirildi. Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması Azərbaycanın yeniliklərə imza atan, ən əsası yeni texnologiyaların inkişafına və tətbiqinə xüsusi önəm verən ölkə kimi tanınmasının aydın mənzərəsini yaratdı. Digər tərəfdən, Azərbaycanın bütün beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsində sabit, təhlükəsiz ölkə kimi qazandığı imic də əhəmiyyətli rol oynayır".

V.Rəhimzadə onu da qeyd edib ki, müşavirədə dövlətimizin başçısı İlham Əliyev işğalçı Ermənistanın heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmadığını əsaslı şəkildə diqqətə çatdırdı. Ermənistanın işğalçılıq siyasəti onun bütün enerji layihələrindən kənarda qalmasına səbəb olub. Dövlətimizin başçısı "Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz Ermənistanı regionda bizim iştirakımızla reallaşdırılan bütün önəmli layihələrdən təcrid edəcəyik və biz buna nail olduq, həmişə olduğu kimi sözümüzə sadiq qaldıq. Ermənistan bu gün bizim səylərimiz nəticəsində siyasi, iqtisadi, investisiya, enerji və nəqliyyat dalanıdır. Torpaqlarımızdan çıxmayana qədər bu vəziyyət belə də qalacaq" bəyanatı ilə Azərbaycanın dəyişməz mövqeyini bir daha dünyaya çatdırdı.

V.Rəhimzadə uğurlarımızın fonunda səsləndirilən bu əminliyi bir daha vurğulayıb: "2020-ci ildə də Azərbaycan uğurla inkişaf edəcək, daha güclü dövlətə çevriləcək".

PAŞA Bankın dəstəyi ilə “İxracını tamamla” adlı onlayn seminar keçiriləcək
PAŞA Bankın dəstəyi ilə “İxracını tamamla” adlı onlayn seminar keçiriləcək
Kapital Bank 2020-cu ilin ikinci rübünün nəticələrini elan edib
Kapital Bank 2020-cu ilin ikinci rübünün nəticələrini elan edib
Rabitəbank müştəri və əməkdaşların sağlamlığını ən son texnologiya ilə qoruyur (FOTO)
Rabitəbank müştəri və əməkdaşların sağlamlığını ən son texnologiya ilə qoruyur (FOTO)
Loading Bars
Xəbər lenti
Norveçdə bıçaqlı hücumda 3 nəfər yaralanıb
Ukraynalı deputatlar Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının ardıcıl tərəfdarı olaraq qaldıqlarını bəyan ediblər
Düşmənin növbəti hərbi obyekti darmadağın edilib (VİDEO)
Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub
Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib (FOTO)
Füzulidə tank əleyhinə raket tapılıb (FOTO)
Texasda sutkada koronavirusa yoluxanların sayı ən yüksək göstəriciyə çatıb
Ağsuda yanğn qeydə alınıb
Vaqif Dərgahlı: "Bölmələrimiz tərəfindən "Qrad"dan istifadə edilməyib"
Müdafiə Nazirliyi Tovuzdakı hazırkı vəziyyətlə bağlı məlumat yaydı
Türk Şurasının Baş katibi Ermənistanın təxribatını kəskin şəkildə pisləyib
Azərbaycan diasporu Ermənistanın məkrli niyyətini pisləyir (FOTO)
ATƏT-in sədri Ermənistan və Azərbaycan sərhədində artan gərginliklə bağlı bəyanat verib
Düşmənin döyüş texnikası məhv edilib (VİDEO)
DİN vətəndaşlara müraciət etdi
Düşmənin daha bir hərbi obyekti darmadağın edildi (VİDEO)
İranlı deputat: Qəsbkar Ermənistan regionda qarşıdurma və destabillik yaradır
Azərbaycan ilə İtaliya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb
Tovuzda jurnalistlərin və deputatların olduğu ərazi ermənilər tərəfindən atəşə tutulub
Azərbaycanda 1 yaşadək uşaqlar BU SƏBƏBDƏN ölürlər
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın haqqına, hüququna edilən hücumlara əsla səssiz qalmayacaq
Düşmənin uzunmüddətli atəş nöqtəsi məhv edilib (VİDEO)
Azərbaycanda daha 543 nəfər koronavirusa yoluxdu, 510 nəfər sağaldı, 6 nəfər öldü
Bakıda torpağın qiyməti bahalaşdı
Azərbaycan xalqı və dövləti növbəti erməni məkrinə qarşı
Azərbaycan Sosial Rifah Partiyasının IX Qurultayı baş tutdu
DTX cəbhə xəttində yaranmış gərgin vəziyyətlə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ etdi
Erməni hakerlər Day.az, Milli.az, Trend BİA və Azernews-a hücum ediblər
Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib (VİDEO)
Könül Nurullayeva: Ermənistan hərbi bölmələrinin dinc əhalini hədəfə alması ciddi şəkildə qınanmalıdır
Ağstafadan olan şəhid dəfn edildi (FOTO)
Elmar Məmmədyarovun iranlı həmkarı ilə telefon danışığı olub
Azərbaycan qazının Bolqarıstana tranziti üçün boru kəmərinin tikintisi sürətləndirilir
Yeni dərs ili üçün 339 adda dərslik çap olunacaq
Hikmət Babaoğlu: Ermənistan tərəfi çoxsaylı itkilərini gizlətməyə çalışsa da artıq bu, mümkün deyil
Qəbələdə şəhid generalı qarşılamaq üçün yüzlərlə insan toplaşıb (FOTO)
Ukraynalı deputat: Sərhəddə yaranan gərginlik Ermənistanda vətəndaşların diqqətini daxili problemlərdən yayındırmaq cəhdidir
Metronun bəzi stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açılacaq
Azərbaycan dili imtahanlarının nəticələri elan edildi
SHXÇDX: Vətəndaşlara mobil telefonla səfərbərlik çağırışı ilə bağlı göndərilən SMS məlumatlar həqiqətə uyğun deyil
Azərbaycanın 2019-cu il dövlət büdcəsinin icrası haqqında Qanun təsdiqləndi
İyulun 15-də dolların manata qarşı məzənnəsi
Tovuzda son vəziyyət - AÇIQLAMA
Kliniki Tibbi Mərkəzin direktoru vəzifəsindən azad edildi
Xarici KİV-lər Ermənistanın hərbi təxribatını geniş işıqlandırır (FOTO)
BQXK mülki şəxslərin təhlükəsizliyinə görə narahatdır və neytral vasitəçi qismində çıxış etməyə hazırdır
Ermənilər Qazax istiqamətində artilleriyadan atəş açıblar
“Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda dəyişiklik edildi
Çin-İtaliya konteyner qatarının hərəkəti bərpa edilib
Elmar Məmmədyarov Niderland Krallığının Azərbaycandakı səfirini qəbul edib
Bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə sərnişin daşıyan sürücülər həbs edildi (FOTO)
"FlyDubai" aviaşirkəti Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa uçuşlara başladı
Müdafiə Nazirliyi: Ermənistanın pilotsuz uçan aparatı və artilleriya qurğusu döyüş heyəti məhv edilib
Pakistan mətbuatı: Azərbaycana qarşı təxribatçı hərəkətlərə görə Ermənistan tam məsuliyyət daşıyır (FOTO)
Bakıda mənzildən kişi meyiti tapılıb
Ermənilər yaşayış evlərini atəşə tutmaqda davam edir (FOTO)
Ermənilərin dinc əhaliyə qarşı törətdiyi əməllərlə bağlı cinayət işi başlandı - RƏSMİ
Qazax sakinləri şəhid mayorun cənazəsini alqışlarla qarşıladı (FOTO/VİDEO)
Moldova Ermənistan və Azərbaycanı güc tətbiq etməməyə çağırıb
Xalq Bankdan VİSA kartları 50% endirimlə!
Ölkəmizdə qida təhlükəsizliyi sahəsində infrastruktur əsaslı şəkildə inkişaf etdirilib (FOTO)
Deputat: Ağılsız Ermənistan hakimiyyəti anlamadı ki, güclü Azərbaycan Ordusuna qarşı təxribat onu daha da çətin duruma salacaq
Mingəçevirdə yas mərasimi keçirən şəxslər cərimələndi (FOTO)
İƏT PA Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayan bəyanat verib
Abşeronda gizli fəaliyyət göstərən restoran aşkarlanıb (FOTO/VİDEO)
Gəncə gəncləri: Ali Baş Komandan, əmrinizə hər an hazırıq!
Bakıda ilin 6 ayı ərzində 584 kilometrlik yeni qaz kəmərləri çəkilib
Ermənistanın iki yüksək rütbəli zabiti öldürüldü
Azərbaycan aviatorları yenidən donor qanvermə aksiyasında iştirak edirlər (FOTO)
Müdafiə Nazirliyi: Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir
Ermənilərin atəşi nəticəsində kənd sakinlərinə ciddi ziyan dəyib
XİN: Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir
Peskov: Kreml Azərbaycan-Ermənistan sərhədindəki atışmalardan dərin narahatdır
Müdafiə Nazirliyi: Cəbhə bölgəsində əsgər və əhalinin əhval-ruhiyyəsi yüksəkdir
Vaqif Dərgahlı: Əməliyyat şəraiti tam olaraq Azərbaycan Ordusunun nəzarəti altındadır (YENİLƏNİB) (VİDEO)
Bəzi rayonlarda leysan yağıb, çaylardan sel keçib
İtaliya dövlət katibi: BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri yerinə yetirilməlidir
İranda koronavirusa yoluxanların sayı 260 min nəfəri keçib
KTMT Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yayıb
Sabah yağış, bəzi yerlərdə isə leysan gözlənilir
Daha 51 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək
Azərbaycan Ordusunun iki mayoru, iki giziri və bir əsgəri şəhid olub
General-mayor və polkovnik şəhid olub - RƏSMİ
Nazir müavini: Hazırda döyüşlər davam edir, düşmənin canlı qüvvəsi və texnikası məhv edilir (YENİLƏNİB)
Azərbaycan Dünya Bankının hesabatında təcrübəsinə ən çox istinad edilən ölkə olub
Müdafiə Nazirliyi: Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatları məhv edilib (VİDEO)
Ermənilər Tovuzun kəndlərini atəşə tutdu, kənd sakini həlak oldu
Pakistan XİN: Ermənistan təxribatçı hərəkətlərlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin qarşısını almağa çalışır
Gəncədə gizli fəaliyyət göstərən idman zalı aşkarlanıb (FOTO)
Pandemiyanın Azərbaycanda turizmə təsiri - 2 dəfədən çox azalma olub
Britaniya İcmalar palatası: Erməni təcavüzü Dağlıq Qarabağ münaqişəsini gücləndirir
Milli Məclisin sədri ermənilərin Tovuz istiqamətindəki təxribatı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanladı
Prokurorluq Naftalanda 3 nəfərin ölümünə səbəb olan yol qəzası ilə bağlı açıqlama yayıb
Yollarda motosiklet qəzaları niyə artır?
İran zəfəran istehsalını artırıb
Qubada karantin rejimini pozub futbol oynayanlar cərimələndi (FOTO)
Saray qəsəbəsinin mərkəzi yolu təmir edilib (FOTO)
UNEC-in Zaqatala filialında konfrans: “Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya” (FOTO)
PAŞA Bankın dəstəyi ilə “İxracını tamamla” adlı onlayn seminar keçiriləcək
AQTA 229 müəssisədə reyd keçirib, 81 müəssisədə pozuntu aşkarlanıb (FOTO)
Bütün xəbərlər