Azərbaycan, Bakı, 4 yanvar /Trend/
Bakıda təşkil olunacaq "Eurovision Mahnı Müsabiqəsi-2012" ilə bağlı promo-video çarxlarının çəkilişləri üçün kastinqlər keçiriləcək.
Trend-in İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəmsi saytına istinadən verdiyi məlumata görə, kastinqlər yanvarın 6-da saat 10.00-dan 20.00-dək Bakı Biznes Mərkəzində olacaq
"Eurovision Mahnı Müsabiqəsi-2012"nin İşçi Qrupu bu prosesin həyata keçirilməsi ilə əlaqədar ötən həftələrdə vətəndaşlara elan verib.
Müraciətləri göndərmək üçün elektron ünvan və telefon nömrələri də göstərilib. Bununla bağlı "Eurovision Mahnı Müsabiqəsi- 2012"nin İşçi qrupunun "Facebook" sosial şəbəkəsindəki rəsmi milli səhifəsindən məlumat almaq mümkündür.
“Eurovision-2012” ilə bağlı promo-video çəkilişləri üçün kastinqlər keçiriləcək
Bakıda təşkil olunacaq “Eurovision Mahnı Müsabiqəsi-2012” ilə bağlı promo-video çarxlarının çəkilişləri üçün kastinqlər keçiriləcək.
