Azərbaycan, Bakı, 16 may /Trend, müxbir E.Mehdiyev, V.İmanov/
"Buranovskiye babuşki" fanatlar və jurnalistlər arasında səsvermədə liderliyi davam etdir.
Trend-in məlumatına görə, "Buranovskiye babuşki" Bakıda keçiriləcək "Eurovision 2012"-nin mətbuat mərkəzində fan-klubun üzvlərinin və jurnalistlər arasında təşkil olunmuş səsvermənin nəticələrinə görə, birinci yarımfinalın iştirakçıları arasında liderdir.
Mayın 16-sı saat 12:30-a olan məlumata görə, Rusiya təmsilçiləri 115 səslə birinci yerdədirlər. İkinci yeri 105 səslə Rumıniyanın "Mandinga" qrupu tutur. Yunanıstanın təmsilçisi Eleftheria Eleftheriou 102 səslə üçüncüdür.
Səsvermə mətbuat mərkəzi bağlananadək davam edəcək və günün sonunda başa çatacaqr.