...

Türkiyənin "Eurovision" təmsilçisi ad gününü Bakıda qeyd edib (FOTO)

Eurovision-2012 Materials 16 May 2012 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

Türkiyəni "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən Can Bonomo ad gününü Bakıda qeyd edib.

Trend-in məlumatına görə, "Bakı Kristal Zalı"nda ilk məşqindən sonra keçirdiyi mətbuat konfransında müğənni ad gününü Bakıda keçirməsinə çox sevindiyini deyib.

"Mən çox xöşbəxtəm ki, ad günümü Bakıda qeyd edirəm", - Bonomo deyib. Türkiyəni bu möhtəşəm yarışmada təmsil etməkdən qürur duyan müğənni onu bu yarışmaya seçən hər kəsə öz təşəkkürünü bildirib.

"Türkiyədə çoxlu istedadlı müğənnilər var, mənm bu yarışmada təmsil olunmağım o demək deyil ki, mən onlardan istedadlıyam, lakin məni seçən hər kəsə öz təşəkkürümü bildirirəm", - Bonomo deyib.

Bakıya artıq ikinci səfərinin olduğu deyən Türkiyə təmsilçisi Bakını çox sevdiyini vurğulayıb və "Bakı Kristal Zalı"nın tikintisində əməyi olan hər bir kəsi qısa zaman ərzində bu cür möhtəşəm bir məkanı tikmələri münasibətilə təbrik edib.

Bonomo "Eurovision"dan sonrakı planlarından danışarkən qeyd edib ki, müsabiqədən sonra ikinci albomunu buraxmağı və konsertlər verməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti