...

"Eurovision"la əlaqədar turistlər üçün informasiya köşkləri yerləşdirilib

Eurovision-2012 Materials 17 May 2012 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İsabalayeva/

"Eurovision 2012" mahnı müsabiqəsinin keçirildiyi dövrdə turistlərə xidmət göstərilməsi məqsədilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Bakı Turizm İnformasiya Mərkəzi, eyni zamanda, Nəqliyyat Nazirliyinin, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və "AZAL" aviaşirkətinin dəstəyi ilə turistlər üçün informasiya köşkləri təşkil olunub.

Mədəniyyət və Turizm Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, informasiya köşkləri Bakı Dəmiryol Vağzalında, Bakı Beynəlxalq Dəniz Vağzalında, Bakı Beynəlxalq Avtomobil Vağzalında və Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunub.

Həmin köşklərin işinin məqsədi ölkəyə gələn qonaqlara Azərbaycan haqqında dolğun məlumat verməkdir. Köşklərin fəaliyyəti dövründə şəhərin qonaqlarına bır sıra reklam-informasiya materialları paylanacaq.

Həmin materiallar Bakı şəhərinin xəritəsi, Bakı piyada marşrutları sxemi, Bakı şəhərində keçirilən mədəniyyət tədbirləri haqqında "What&Where" bukletləri, mehmanxanalar və restoranlar haqqında məlumat kitabçaları, şəhərin görməli yerləri haqqında məlumat kitabçalarıdır.

Turist-informasiya köşklərinə Azərbaycan Turizm İnstitutunun müxtəlif xarici dilləri bilən tələbələri cəlb olunub. Onlara Bakı Turizm İnformasiya Mərkəzində müvafiq treninqlər keçirilib.

Xəbər lenti

Xəbər lenti