...

"Eurovision 2012"-nin yarımfinal və final günlərində altı məntəqədən avtobus marşrutlarının xətləri müəyyən edilib

Eurovision-2012 Materials 21 May 2012 15:09 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinin yarımfinal və final günlərində yerli əhalinin daşınması üçün vətəndaşların minik nəqliyyat vasitələrini saxlaya biləcəkləri şəhərin 6 məntəqəsindən Bayraq Meydanı istiqamətinə avtobus marşrutunun xətləri müəyyən edilib.
"Eurovision 2012"-nin yarımfinal və final günlərində altı məntəqədən avtobus marşrutlarının xətləri müəyyən edilib

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E.İsmayılov/

"Eurovision 2012" mahnı müsabiqəsinin yarımfinal və final günlərində yerli əhalinin daşınması üçün vətəndaşların minik nəqliyyat vasitələrini saxlaya biləcəkləri şəhərin 6 məntəqəsindən Bayraq Meydanı istiqamətinə avtobus marşrutunun xətləri müəyyən edilib. Bu barədə bazar ertəsi Trend Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumata görə, E6, E7 və E8 marşrutlarının fəaliyyəti yarımfinal və final günlərində nəzərdə tutulur.

Türkiyədən icarəyə alınmış MAN-NEOPLAN markalı avtobusların 7 ədədi təşkilat komitəsinin sərəncamına ayrılıb. Media nümayəndələrinin hotellərdən Bayraq Meydanına daşınması üçün 6 ədəd İSUZU markalı avtobus ayrılıb. (PRESS1-PRESS4)

Şəhər ərazisində nəzərdə tutulmuş taksi dayanacaqlarında, orta hesabla, 6-10 taksi avtomobilləri xidmət göstərir. Hava limanında mütəmadi olaraq 50 taksi müvafiq duracaqlarda xidmət göstərməkdədir.

Qeyd edək ki, Bakı şəhərinə gəlmiş ölkələrin sayı 42-dir. Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olmuş nümayəndələrin sayı 665 nəfər, Bakı Dəmiryol Vağzalına daxil olmuş nümayəndələrin sayı isə 6 nəfərdir. Gələn qonaqlar 16 hoteldə yerləşiblər, o cümlədən əsasən "Hyatt Regency" və "Hyatt Park" hotelində 152 nəfər, "Hilton" hotelildə 142 nəfər, "Park Inn" hotelində 108 nəfər, "JW Mariott" hotelində 58 nəfər, Avropa hotelində 51 nəfər, "Sapphir" hotelində 29 nəfər,
"Chiraq Plaza"da 14 nəfər, digər 9 hoteldə isə 1-10 nəfərədək yerləşiblər.

Xəbər lenti

Xəbər lenti