...

Milyonların ürəyini fəth edən Səbinə Babayeva (VİDEO)

Eurovision-2012 Materials 27 May 2012 01:05 (UTC +04:00)
Azərbaycanın "Eurovision 2012" təmsilçisi Səbinə Babayeva "Bakı Kristal Zalı"nın səhnəsində 13-cü sırada çıxış edib.
Milyonların ürəyini fəth edən Səbinə Babayeva (VİDEO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Azərbaycanın "Eurovision 2012" təmsilçisi Səbinə Babayeva "Bakı Kristal Zalı"nın səhnəsində 13-cü sırada çıxış edib.

Səbinə Babayeva "When the Music Dies" mahnısı ilə çıxış edib.

Müğənni səhnəyə dünya şöhrətli muğam ifaçısı, YUNESKO mükafatı laureatı, Beynəlxalq Nadir Səslər Assambleyasının üzvü, Azərbaycanın xalq artisti Alim Qasımovla birgə çıxıb. Ecazkar işıq effektləri, Azərbaycanın milli musiqisi ilə son Avropa tendensiyalarının sintezi kompozisiyaya qeyri-adi səslənmə və səhnə obrazı verib.

Mahnının yazılışı zamanı Azərbaycanın milli alətlərindən - kamança, balaban, dəf və qavaldan istifadə olunub. Musiqinin yazılmasına Oqtay Şərifov, Sərxan Vahabov, Şirzad Fətəliyev və Yaşar Baxış cəlb edilib.

Səbinə Babayeva Asəf Zeynallı adına musiqi kollecini bitirib. Pop formatında musiqilərin, həmçinin soul, ballada musiqi cərəyanlarının mahir ifaçısıdır. 50-dək "jazz standard"ı bilir. 2009-cu ildə Latviyada keçirilən "Amberstar", Moskvadakı "Slavyan Ulduzu"nda "Gran Pri" mükafatına layiq görülüb. 2001-ci ildə gənc ifaçılar arasında Respublika üzrə "Qızıl Açar" müsabiqəsinin qalibidir. 2008-ci ildən "Eurovision" mahnı müsabiqəsi üzrə milli seçim turlarında ardıcıl iştirak edib.

Xəbər lenti

Xəbər lenti