...

Uğura inanan Almaniyanın "Eurovision 2012" təmsilçisi (VİDEO)

Eurovision-2012 Materials 27 May 2012 01:35 (UTC +04:00)
Almaniyanın "Eurovision 2012" təmsilçisi Roman Lob "Bakı Kristal Zalı"nın səhnəsində 20-ci sırada çıxış edib.
Uğura inanan Almaniyanın "Eurovision 2012" təmsilçisi (VİDEO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Almaniyanın "Eurovision 2012" təmsilçisi Roman Lob "Bakı Kristal Zalı"nın səhnəsində 20-ci sırada çıxış edib.

Roman Lob "Standing Still" mahnısını ifa edib.

İfaçı bildirib ki, ayrılıq haqqında olan müsabiqə mahnısının ona uğur gətirəcəyinə inanır.

Roman Lob 1990-cı ildə Düsseldorfda doğulub. Musiqi karyerasına 2006-cı ildən başlayıb. "Rooftop Kingdom" rok qrupunun üzvü olub. 2008-ci ildə Almaniyanın "Eurovision" mahnı müsabiqəsi üzrə milli seçimlərində iştirak edib. Bu il yenidən milli seçimlərə qatılan Roman Lob finalda 50,7% səs toplayaraq ölkə təmsilçisi seçilib.

Xəbər lenti

Xəbər lenti