...

Maltanın "Eurovision 2012" təmsilçisi 21-cidir (VİDEO)

Eurovision-2012 Materials 27 May 2012 01:39 (UTC +04:00)
Maltanın "Eurovision 2012" təmsilçisi Kurt Kalleya "Bakı Kristal Zalı"nın səhnəsində 21-ci sırada çıxış edib.
Maltanın "Eurovision 2012" təmsilçisi 21-cidir (VİDEO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Maltanın "Eurovision 2012" təmsilçisi Kurt Kalleya "Bakı Kristal Zalı"nın səhnəsində 21-ci sırada çıxış edib.

Kalleya "This Is The Night" mahnısını ifa edib.

Müğənni "Eurovision 2012"-dən sonrakı planlarını açıqlayıb. "This Is The Night" müsabiqə mahnısının müəllifləri ilə birlikdə o, yeni kompozisiya təqdim etməyə, eləcə də "Eurovision 2011"-in qalibi Eldar Qasımovla birgə layihə həyata keçirərək klip çəkdirməyə hazırlaşır.

Kurt Kalleya 1989-cu il mayın 5-də anadan olub. O, Londonda bir çox məşhur klubların səhnəsində çıxış edib. Kurt üç dəfə milli seçim turlarında iştirak edib: 2010-cu ildə müğənni "Waterfal", 2011-ci ildə "Over and Over" mahnılarını ifa edib. Yalnız üçüncü dəfə bəxt ifaçının üzünə gülüb və o, ölkəsini Bakıda keçirilən "Eurovision 2012" beynəlxalq mahnı müsabiqəsində təmsil etmək kimi unikal imkan əldə edib.

Kalleya Azərbaycanın "Eurovision" milli seçim turunda fəxri qonaq kimi iştirak edib, milli telekanalların qonağı olub.

Xəbər lenti

Xəbər lenti