...

Makedoniyanın xoşbəxt "Eurovision 2012" təmsilçisi (VİDEO)

Eurovision-2012 Materials 27 May 2012 01:43 (UTC +04:00)
Makedoniyanın "Eurovision 2012" təmsilçisi Kaliopi "Bakı Kristal Zalı"nın səhnəsində 22-ci sırada çıxış edib.
Makedoniyanın xoşbəxt "Eurovision 2012" təmsilçisi (VİDEO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Makedoniyanın "Eurovision 2012" təmsilçisi Kaliopi "Bakı Kristal Zalı"nın səhnəsində 22-ci sırada çıxış edib.

Kaliopi makedon dilində "Crno I Belo" mahnısını ifa edib.

"Mən finala çıxdığıma görə xoşbəxtəm və bununla fəxr edirəm", - bundan əvvəl Kaliopi deyib.

Kaliopi (Kaliopi Bukle) milliyyətcə rumındır. 10 yaşından oxumağa başlayıb, 1976-cı ildə "Zlatno Slaveyçe" festivalında iştirak edib, özünün ilk mahnısı olan "Moyama uçitelka"nı ifa edib. İki ildən sonra gənc müğənni Çexoslovakiya, Avstriya və Yuqoslaviyaya qastrollara çıxıb. Kaliopi "Tomi" adlı debüt sinqlını 1984-cü ildə buraxıb.

2000-ci ildə "Kaliopi Music Production" adlı şəxsi səsyazma studiyasının əsasını qoyub. Hazırda Kaliopi Makedoniyanın populyar müğənnilərindən biridir. İndiyədək onun 11 albomu, 47 sinqlı çıxıb. O, həmçinin musiqi sahəsində iyirmidən artıq mükafat alıb. Onlardan bəziləri dövlət səviyyəlidir. Vətənində 100-dən çox konsert verib, teatr və filmlərdə çıxış edib.

Xəbər lenti

Xəbər lenti