...

İrlandiyalı əkizlər "Eurovision 2012"-də ən yaxşılardan biri olacaqmı? (VİDEO)

Eurovision-2012 Materials 27 May 2012 01:47 (UTC +04:00)
İrlandiyanın "Eurovision 2012" təmsilçiləri Con və Edvard Qrayms ("Jedward") əkiz qardaşları "Bakı Kristal Zalı"nın səhnəsində 23-cü sırada çıxış ediblər.
İrlandiyalı əkizlər "Eurovision 2012"-də ən yaxşılardan biri olacaqmı? (VİDEO)

Azərbaycan, Bakı, 27 may /Trend/

İrlandiyanın "Eurovision 2012" təmsilçiləri Con və Edvard Qrayms ("Jedward") əkiz qardaşları "Bakı Kristal Zalı"nın səhnəsində 23-cü sırada çıxış ediblər.

"Jedward" ingilis dilində "Waterline" mahnısını ifa edib.

İştirakçılar finaldakı çıxışlarının ən yaxşılardan biri olacağına ümid edirlər.

Con və Edvard Qraymslar 1991-ci il oktyabrın 16-da Dublində anadan olublar. Ataları Con kompüter texniki, anaları Süzan müəllimədir. Con Edvarddan 10 dəqiqə böyükdür.

Duet ilk dəfə "Jedward" adıyla 2009-cu ildə Böyük Britaniyanın "The X Factor" musiqi yarışmasında 6-cı yeri qazanıb. 2011-ci ildə İrlandiyanı "Eurovision" mahnı müsabiqəsində təmsil edərək 8-ci olublar. Bu zamana kimi 2 musiqi albomları işıq üzü görüb. "The Irish Independent"in yeniyetmələr arasında apardığı sorğunun nəticələrinə görə, rəyi soruşulanların əksəriyyəti dueti "The Beatles" qrupundan daha populyar hesab edir. Qrupun fanatları arasında Con və Edvardın "cockie blondie" adlanan saç düzümü populyarlıq qazanıb.

Xəbər lenti

Xəbər lenti