...

Serbiyanın "Eurovision 2012" təmsilçisindən dördüncü cəhd (VİDEO)

Eurovision-2012 Materials 27 May 2012 01:51 (UTC +04:00)
Serbiyanın "Eurovision 2012" təmsilçisi Zeljko Yoksimoviç "Bakı Kristal Zalı"nın səhnəsində 24-cü sırada çıxış edib.
Serbiyanın "Eurovision 2012" təmsilçisindən dördüncü cəhd (VİDEO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Serbiyanın "Eurovision 2012" təmsilçisi Zeljko Yoksimoviç "Bakı Kristal Zalı"nın səhnəsində 24-cü sırada çıxış edib.

Yoksimoviç serb dilində "Niye Lubav Stvar" mahnısını ifa edib.

O, "Eurovision 2004"-də Serbiya və Monteneqronu təmsil edərək 2-ci yerə layiq görülüb. Zeljko, həmçinin Bosniya və Herseqovinaya "Eurovision 2006"-da 3-cü yeri qazandıran "Lejla" mahnısının müəllifidir. Eləcə də Serbiya təmsilçisinin "Eurovision 2008"-də ifa etdiyi mahnının və Azərbaycanın "Eurovision 2010"-dakı mahnısının Balkan versiyasını hazırlayıb.

Zeljko Yoksimoviç "Eurovision 2012" mahnısını özü bəstələyib.

Xəbər lenti

Xəbər lenti