Azərbaycan, Bakı, 27 may /Trend/
Bakıda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsinin finalının nəticələri üzrə səsvermə elan olunur.
Bakıda keçirilən 57-ci "Eurovision" mahnı müsabiqəsinin qalibi İsveç təmsilçisi Lorin oldu. Artıq 42 ölkədən 28-sı səsvermədə iştirak edib.
Trend-in məlumatına görə, Azərbaycan ərazisində səsvermə bütün mobil operatorlardan 9450-yə SMS göndərməklə mümkün olub.
Bakıda keçirilən 57-ci "Eurovision" mahnı müsabiqəsinin finalında yarışan 26 ölkə təmsilçisinin çıxış ardıcıllığı:
Sıra |
Ölkə |
İfaçı |
Mahnı |
---|---|---|---|
1 |
Böyük Britaniya |
Engelbert Hamperdink |
"Love Will Set You Free" |
2 |
Macarıstan |
"Compact Disco" |
"Sound Of Our Hearts" |
3 |
Albaniya |
Rona Nişliu |
"Suus" |
4 |
Litva |
Donni Montell |
"Love is Blind" |
5 |
Bosniya və Herseqovina |
Maya Sar |
"Korake Ti Znam" |
6 |
Rusiya |
"Buranovskiye babuşki" |
"Party for Everybody" |
7 |
İslandiya |
Qreta Salome və Yonsi |
"Mundu Eftir Mér" |
8 |
Kipr |
İvi Adamu |
"La La Love" |
9 |
Fransa |
Anqqun |
"Echo (You And I)" |
10 |
İtaliya |
Nina Zilli |
"L'Amore È Femmina (Out Of Love)" |
11 |
Estoniya |
Ott Lepland |
"Kuula" |
12 |
Norveç |
Tooji |
"Stay" |
13 |
Azərbaycan |
Səbinə Babayeva |
"When The Music Dies" |
14 |
Rumıniya |
"Mandinga" |
"Zaleilah" |
15 |
Danimarka |
Soluna Samay |
"Should've Known Better" |
16 |
Yunanıstan |
Elefteriya Elefteriu |
"Aphrodisiac" |
17 |
Isveç |
Lorin |
"Euphoria" |
18 |
Türkiyə |
Can Bonomo |
"Love Me Back" |
19 |
İspaniya |
Pastora Soler |
"Quédate Conmigo" |
20 |
Almaniya |
Roman Lob |
"Standing Still" |
21 |
Malta |
Kurt Kalleya |
"This Is The Night" |
22 |
Makedoniya |
Kaliopi |
"Crno I Belo" |
23 |
İrlandiya |
"Jedward" |
"Waterline" |
24 |
Serbiya |
Zeljko Joksimoviç |
"Nije ljubav stvar" |
25 |
Ukrayna |
Qaytana |
"Be My Guest" |
26 |
Moldova |
Paşa Parfeni |
"Lăutar" |
Müsabiqə xüsusi olaraq "Eurovision 2012" üçün Xəzər dənizi sahilində tikilmiş "Bakı Kristal Zalı"nda keçirilir. "Bakı Kristal Zalı" 23 min tamaşaçı tutur, daha 16 min tamaşaçının müsabiqəyə birbaşa efirdə böyük monitorlarda baxmaq imkanı var. "Eurovision 2012"-nin teleauditoriyasını dünyanın 50 ölkəsindən 100 milyondan artıq insan təşkil edir.
Qeyd edək ki, Azərbaycan mötəbər Avropa mahnı müsabiqəsinə ev sahibliyi hüququnu Eldar Qasımov və Nigar Camalın (Ell/Nikki) Аlmaniyanın Drüsseldorf şəhərində keçirilən "Eurovision 2011" müsabiqəsindəki qələbəsindən sonra əldə edib.