...

"Eurovision 2012"-nin interval şousunda səhnədə "Məşəlini alovlandır" şüarı canlandırılıb (VİDEO)

Eurovision-2012 Materials 27 May 2012 02:25 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinin final mərhələsinin interval şousu yarışmanın "Məşəlini alovlandır" şüarını Azərbaycan mədəniyyətnin keçmişi, bu günü və sabahının sintezi ilə səhnədə canlandırır
"Eurovision 2012"-nin interval şousunda səhnədə "Məşəlini alovlandır" şüarı canlandırılıb (VİDEO)

Azərbaycan, Bakı, 27 may /Trend/

"Eurovision 2012" mahnı müsabiqəsinin final mərhələsinin interval şousu yarışmanın "Məşəlini alovlandır" şüarını Azərbaycan mədəniyyətnin keçmişi, bu günü və sabahının sintezi ilə səhnədə canlandırır.

Bu şou tamaşaçılara dünyada məşhur olan azərbaycanlı müğənni-bəstəkar Eminin təqdimatında çatdırılıb. Onu səhnədə 68 nəfərlik heyət, eləcə də Azərbaycan Kamera Orkestrinin 15 qadın skripkaçısı müşaiyət edib.

Şou Azərbaycanın qədim musiqi aləti balabanın səsi ilə başlayıb. Bu performans skripkaçıların ifası ilə davam edib, daha sonra isə nağaraçalanlar şouya qoşulub. Ardınca səhnədə alov püskürüb. Bu isə möhtəşəm bir görüntü yaradıb. Elə bu zaman Emin 20 metr hündürlükdən səhnəyə enib və "Never Enough" mahnısını ifa edib.

Bu gün final mərhələsinin məşqində çıxış edən Emin performansının sonunda səhnədə Azərbaycan bayrağını qaldırıb.

Xəbər lenti

Xəbər lenti