...

"Eurovision 2012"-nin qalibi İsveç təmsilçisi oldu (ƏLAVƏ OLUNUB) (VİDEO) (FOTO)

Eurovision-2012 Materials 27 May 2012 03:18 (UTC +04:00)
Bakıda keçirilən 57-ci "Eurovision" mahnı müsabiqəsinin qalibi İsveç təmsilçisi Lorin oldu
"Eurovision 2012"-nin qalibi İsveç təmsilçisi oldu (ƏLAVƏ OLUNUB) (VİDEO) (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Bakıda keçirilən 57-ci "Eurovision" mahnı müsabiqəsinin qalibi "Euphoria" mahnısı ilə İsveç təmsilçisi Lorin oldu. Səsvermənin nəticəsinə əsasən, İsveç 372 xal toplayıb.

Trend-in məlumatına görə, 18 ölkədən İsveç təmsilçisinə 12 səs verilib. Bunlar Avstriya, Belçika, Fransa, Böyük Britaniya, Slovakiya, Niderland, İslandiya, Norveç, Estoniya, Danimarka, Latviya, İspaniya, Finlandiya, Almaniya, Rusiya, Macarıstan, İsrail və İrlandiya ölkələridir.

İsveç təmsilçisinə 10 balı Rumıniya, Sloveniya, Kipr, Litva və Serbiya, 8 balı isə Bolqarıstan, Gürcüstan, Bosniya və Herseqovina ölkəsi verib.

Səsvermə nəticəsində ikinci yeri 259 xalla Rusiya, üçüncü yeri isə 214 xalla Serbiya tutub.

Azərbaycan isə ilk beşlikdə yer alıb.

Lorinin əsl adı Lorine Zineb Noka Talhaouidir. Əslən mərakeşli olan Lorin İsveçin "İdol 2004" müsabiqəsindən populyarlıq qazanıb. İlk mahnısını 2005-ci ildə təqdim edib. Bir müddət televiziyada aparıcı olub. 2011-ci ildə "My Heart is Refusing Me" mahnısı ilə İsveçin milli seçimlərində iştirak edib. Lakin İsveçi Avropanın ən nüfuzlu mahnı müsabiqəsində təmsil etmək arzusu 2012-ci ildə reallaşıb.

İlk onluqda olan ölkələr:

1. İsveç

2. Rusiya

3. Serbiya

4. Azərbaycan

5. Albaniya

6. Estoniya

7. Almaniya

8. Türkiyə

9. İtaliya

10. İspaniya

Fotolar - Avropa Yayımları Birliyi

Video Player
Xəbər lenti

Xəbər lenti