...

Lorin: Mən azərbaycanlıları çox sevirəm (ƏLAVƏ OLUNUB) (FOTO)

Eurovision-2012 Materials 27 May 2012 04:35 (UTC +04:00)
Mən “Eurovision 2012” mahnı müsabiqəsində yalnız bizim bir yerdə yaratdığımız müsbət enerjiyə diqqətimi yönəltdim.
Lorin: Mən azərbaycanlıları çox sevirəm (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı. 27 may /Trend/

Mən "Eurovision 2012" mahnı müsabiqəsində yalnız bizim bir yerdə yaratdığımız müsbət enerjiyə diqqətimi yönəltdim. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən 57-ci "Eurovision" müsabiqəsinin qalibi olan İsveç təmsilçisi Lorin finaldan sonra mətbuat konfransında deyib.

"İnsanların bu qədər diqqəti məni sevindirmir. Əslində, mən utancağam. Bütün İsveç tamaşaçılarına təşəkkür edirəm", - o bildirib.

Lorin qeyd edib ki, onu ilk təbrik edənlər arasında anası olub.

"Mən azərbaycanlıları çox sevirəm. Bu ölkədə insanlar son dərəcə ağıllı, mehriban və gülərüzdürlər", - Lorin əlavə edib.

Mətbuat konfransında Lorinin anası da iştirak edib.

"Mən bir çox hisslər keçirirdim. Mən sanki boşluqda idim. Qəflətən sanki vaxt dayandı. Bəli, mənim üçün vaxt dayanmışdı. Qalib gəlməyin resepti özünü hiss etdiyin kimi göstərməkdir", - səsvermənin gedişində keçirdiyi hissləri şərh edən Lorin deyib.

İsveç nümayəndə heyətinin üzvü mətbuat konfransında bildirib ki, ölkəsinin müsabiqəyə ev sahibliyi etmək üçün bir neçə arenası var.

"Azərbaycan haqqında onu demək istərdim ki, burada çox gözəl milli mətbəx var, insanları da çox mehribandır. Mən Azərbaycandan xatirə olaraq vətənimə insanlarla görüşlərimi və xatirələrimi aparmaq istərdim", - İsveç təmsilçisi qeyd edib.

Lorin rusiyalı nənələri də çox sevdiyini qeyd edib.

"Mən rusiyalı nənələri çox sevirəm. Onları qucaqladım. Onlar mənə boyunbağı bağışladılar", - o əlavə edib.

"Məncə burada bütün iştirakçılar qalibdirlər. Sadəcə, bu, zövq məsələsidir. Məncə bu dəfə bu, mənə rast gəldi. Mən bu qələbəni öz üslubumda qeyd edəcəyəm: yaxşı rəqs, yemək və istirahət olacaq", - Lorin fikrini tamamlayıb.

Mətbuat konfransı zamanı "Eurovision" mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand İsveç təmsilçilərini Cenevrəyə dəvət edib.

"Sizi Cenevrədə Avropa Yayımları Birliyində məsləhətləşmələr aparmağa dəvət edirəm. Hazırlıq prosesinə başlamağa kömək edən sənədlər toplusunu təqdim edirəm. Bu müsabiqəni İsveçin bir neçə şəhərində keçirməkdən mənmun olarıq", - Yan Ola Sand əlavə edib.

Bakıda keçirilən 57-ci "Eurovision" mahnı müsabiqəsinin qalibi "Euphoria" mahnısı ilə İsveç təmsilçisi Lorin oldu. Səsvermənin nəticəsinə əsasən, İsveç 372 xal toplayıb.

Lorinin əsl adı Lorine Zineb Noka Talhaouidir. Əslən mərakeşli olan Lorin İsveçin "İdol 2004" müsabiqəsindən populyarlıq qazanıb. İlk mahnısını 2005-ci ildə təqdim edib. Bir müddət televiziyada aparıcı olub. 2011-ci ildə "My Heart is Refusing Me" mahnısı ilə İsveçin milli seçimlərində iştirak edib. Lakin İsveçi Avropanın ən nüfuzlu mahnı müsabiqəsində təmsil etmək arzusu 2012-ci ildə reallaşıb.

Xəbər lenti

Xəbər lenti