Azərbaycan, Bakı, 27 may /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın nəqliyyat sistemi "Eurovision-2012" mahnı müsabiqəsi zamanı üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirib. Bu barədə bazar günü Trend-ə Nəqliyyat Nazirliyinin Katibliyinin rəhbəri Namiq Həsənov bildirib.
Onun sözlərinə görə, gücləndirilmiş iş rejimində işləyən bütün nəqliyyat infrastrukturu bu günlərdə Azərbaycana gələn turistlərin təhlükəsiz və keyfiyyətli daşınması üçün səfərbər olunmuşdu.
Həsənov bildirib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Dəmiryolu Vağzalı, Bakı Beynəlxalq Avtovağzalı turistlərin və qonaqların yüksək səviyyədə daşınmasını təmin edib.
Qeyd edək ki, "Eurovision-2012" müsabiqəsi zamanı rəsmi heyətlər 43 Neoplan, 43 BMW və 5 Mercedes Sprinter markalı nəqliyyat vasitəsilə təmin olunub.
Nəqliyyat vasitələrinin onlayn izlənməsi də təmin edilib.
"Eurovision 2012" ilə bağlı ayrılan nəqliyyat vasitələrinin idarə edilməsinə 178 sürücü cəlb olunub, sürücülər təlimatlandırılıb və akkreditasiyadan keçib, nəqliyyat vasitələri isə xüsusi texniki baxışdan keçirilib.
Ümumiyyətlə, tədbirə 154 avtobus, 50 mikroavtobus, 60 BMW, 1700 taksi (o cümlədən 1000 ədəd London taksisi), 5 yük nəqliyyat vasitəsi cəlb olunub.
Nəqliyyat Nazirliyi: "Eurovision-2012" zamanı Azərbaycana gələn turistlərin və iştirakçıların təhlükəsiz daşınması təmin edilib
Azərbaycanın nəqliyyat sistemi "Eurovision-2012" mahnı müsabiqəsi zamanı üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirib.