...

Rusiya KİV-i "Eurovision 2012"-ni müsabiqənin tarixində unikal hadisə adlandırır

Eurovision-2012 Materials 27 May 2012 12:45 (UTC +04:00)
Rusiya KİV-i "Eurovision 2012"-ni müsabiqənin tarixində unikal hadisə adlandırır.
Rusiya KİV-i "Eurovision 2012"-ni müsabiqənin tarixində unikal hadisə adlandırır

Azərbaycan, Bakı, 27 may /Trend/

Rusiya KİV-i "Eurovision 2012"-ni müsabiqənin tarixində unikal hadisə adlandırır.

"İş təkcə müsabiqənin keçirildiyi yerdə deyil. Avropanın müxtəlif yerlərindən buraya gələn iştirakçıların, jurnalistlərin və tamaşaçıların sözlərinə görə, hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Hələ Köhnə dünyanın sakinlərini heyrətləndirən ənənəvi Qafqaz qonaqpərvərliyindən danışmırıq", - "Qolos Rossii" radiosunun saytında yerləşdirilən məqalədə deyilir.

Məqalədə bildirilir ki, final iki həftəlik marafonun kulminasiya nöqtəsi olub.

Bakıda keçirilən 57-ci "Eurovision" mahnı müsabiqəsinin qalibi "Euphoria" mahnısı ilə İsveç təmsilçisi Lorin oldu. Səsvermənin nəticəsinə əsasən, İsveç 372 xal toplayıb.

Trend-in məlumatına görə, 18 ölkədən İsveç təmsilçisinə 12 səs verilib. Bunlar Avstriya, Belçika, Fransa, Böyük Britaniya, Slovakiya, Niderland, İslandiya, Norveç, Estoniya, Danimarka, Latviya, İspaniya, Finlandiya, Almaniya, Rusiya, Macarıstan, İsrail və İrlandiya ölkələridir.

İsveç təmsilçisinə 10 balı Rumıniya, Sloveniya, Kipr, Litva və Serbiya, 8 balı isə Bolqarıstan, Gürcüstan, Bosniya və Herseqovina ölkəsi verib.

Səsvermə nəticəsində ikinci yeri 259 xalla Rusiya, üçüncü yeri isə 214 xalla Serbiya tutub.

Səbinə Babayevanın "When The Music Dies" mahnısı ilə təmsil etdiyi Azərbaycan 150 balla 4-cü yeri tutub.

"Eurovision-2012" mahnı müsabiqənin qalibi İsveç təmsilçisi Lorin "Bakı Kristal Zalı"nın səhnəsində 17-ci nömrə altında çıxış edib.

Xəbər lenti

Xəbər lenti