...

Avropa Yayımları Birliyi "Eurovision 2012"-nin səsverməsinin yekun nəticələrini açıqlayıb

Eurovision-2012 Materials 27 May 2012 15:43 (UTC +04:00)
Avropa Yayımları Birliyi "Eurovision 2012"-nin səsverməsinin yekun nəticələrini açıqlayıb.
Avropa Yayımları Birliyi "Eurovision 2012"-nin səsverməsinin yekun nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 27 may /Trend/

Avropa Yayımları Birliyi "Eurovision 2012"-nin səsverməsinin yekun nəticələrini açıqlayıb. Bu barədə Trend müsabiqənin rəsmi saytına istinadən məlumat verir.

Azərbaycana 21 ölkə səs verib. Müsabiqənin qalibi İsveç yarımfinalın da birincisi olub.

Avropa Yayımları Birliyi mayın 26-da keçirilən "Eurovision 2012" mahnı müsabiqəsinin iki yarımfinal və final mərhələləri üzrə səsverməsinin yekun nəticələrini açıqlayıb. Beləliklə, səsvermənin nəticələrinə görə, finalda iştirak edən 26 ölkənin yarışmadakı yerlərinin sıralaması belədir:

Ölkə

Topladığı səs

İsveç
Rusiya
Serbiya
Azərbaycan
Albaniya
Estoniya
Türkiyə
Almaniya
İtaliya
İspaniya
Moldova
Rumıniya
Makedoniya
Litva
Ukrayna
Kipr
Yunanıstan
Bosniya və Herseqovina
İrlandiya
İslandiya
Malta
Fransa

Danimarka
Macarıstan
Böyük Britaniya
Norveç

372 səs
259 səs
214 səs
150 səs
146 səs
120 səs
112 səs
110 səs
101 səs
97 səs
81 səs
71 səs
71 səs
70 səs
65 səs
65 səs
64 səs
55 səs
46 səs
46 səs
41 səs

21 səs
21 səs
19 səs
12 səs
7 səs

Azərbaycana Eurovision Mahnı Müsabiqəsi 2012-də iştirak edən 42 ölkədən 21-i səs verib: Albaniya (4 səs), Belarus (7 səs), Bosniya və Herseqovina (7 səs), Bolqarıstan (10 səs), Kipr (8 səs), Makedoniya (2 səs), Gürcüstan (10 səs), Yunanıstan (5 səs), İrlandiya (1 səs), İsrail (8 səs), Litva (12 səs), Malta (12 səs), Moldova (10 səs), Monteneqro (5 səs), Rusiya (10 səs), San Marino (4 səs), Serbiya (3 səs), Slovakiya (6 səs), Türkiyə (12 səs), Ukrayna (12 səs), Böyük Britaniya (2 səs).

Azərbaycan final mərhələsində İrlandiyaya 1 səs, Kiprə 2 səs, Ukraynaya 3 səs, Litvaya 4 səs, Yunanıstana 5 səs, Rumıniyaya 6 səs, İsveçə 7 səs, Maltaya 8 səs, Rusiyaya 10 səs, Türkiyəyə 12 səs verib.

Müsabiqənin qalibi İsveçə isə İtaliyadan başqa bütün ölkələr səs verib. Azərbaycandan İsveç təmsilçisinə 7 səs gedib.

Müsabiqənin finalının ikincisi Rusiyaya İsveçrədən başqa bütün ölkələr səs verib.

Yarışmanın final mərhələsinin sonuncusu olan Norveçə isə 3 ölkə - İslandiya, İsveç və Niderland səs verib.

Avropa Yayımları Birliyi həmçinin mayın 22 və 24-də keçirilən birinci və ikinci yarımfinalların səsverməsinin nəticələrini açıqlayıb. Bu nəticələrə görə, birinci yarımfinalın birincisi Rusiya (152 səs), ikinci yarımfinalın birincisi isə İsveç (181 səs) olub. Müsabiqənin final mərhələsinin 3-cüsü Serbiya 159 səslə ikinci yarımfinalda 2-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, "Eurovision" mahnı müsabiqəsində səsvermə 50/50 prinsipi ilə tamaşaçı və münsiflər heyəti arasında aparılır.

Xəbər lenti

Xəbər lenti