...

Azərbaycanın BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyində “Light Your Fire” gecəsi təşkil olunub (FOTO)

Eurovision-2012 Materials 27 May 2012 16:05 (UTC +04:00)
26 may 2012-ci il tarixində Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyində “Eurovision-2012” beynəlxalq musiqi yarışmasının final mərhələsinin keçirilməsi ilə bağlı “Light Your Fire” gecəsi təşkil olunmuşdur.
Azərbaycanın BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyində “Light Your Fire” gecəsi təşkil olunub (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend/

26 may 2012-ci il tarixində Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyində "Eurovision-2012" beynəlxalq musiqi yarışmasının final mərhələsinin keçirilməsi ilə bağlı "Light Your Fire" gecəsi təşkil olunmuşdur.

Nümayəndəlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Daimi Nümayəndəliyin və İsveçrədə fəaliyyət göstərən "SOCAR-Trading" şirkətinin kollektivi ilə yanaşı, xarici qonaqlar, bu ölkədə yaşayan həmvətənlərimiz, Azərbaycan diasporunun nümayəndələri və İsveçrədə təhsil alan Azərbaycanlı tələbələr iştirak etmişlər. Tədbir iştirakçıları musiqi yarışmasının final mərhələsini izləmiş və "When the music dies" mahnısı ilə çıxış edən Azərbaycan təmsilçisi Səbinə Babayevanı dəstəkləmişlər.

Mərasimin əvvəlində Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, səfir Murad Nəcəfbəyli qonaqları salamlamış və ölkəmizin dünyada qeyri-idman hadisəsi kimi ən böyük televiziya auditoriyasına malik "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi etməsinə görə həmvətənlərimizi bir daha təbrik etmişdir. O, bu yarışmanın Azərbaycana müstəqillik illərində qazandığımız uğurları nümayiş etdirmək üçün əlavə imkanlar yaratdığını qeyd etmişdir.

Nəcəfbəyli eyni zamanda xarici dövlətlərdə yaşayan azərbaycanlıların hər zaman dövlətimizin diqqət mərkəzində olduğunu vurğulamışdır. Həmvətənlərimizin məskunlaşmış olduqları ölkələrin ictimai-siyasi həyatındakı rolunun tədqiq olunması, soydaşlarımız ilə vətən arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi, onların qarşılaşdığı problemlərin aradan qaldırılmasının zəruriliyi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Təsadüfi deyildir ki, "Eurovision-2012" beynəlxalq mahnı yarışmasının bu il Azərbaycanda keçirilməsində xaricdə yaşayan həmvətənlərimizin böyük rolu olmuşdur.

Tədbir "Eurovision-2012" mahnı müsabiqəsinin final mərhələsinin izlənilməsi ilə sona çatmışdır.

Xəbər lenti

Xəbər lenti