...

"Sabah" qəzeti: Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrlik etdiyi "Eurovision 2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsi inanılmaz və möhtəşəm bir işə imza atdı

Eurovision-2012 Materials 29 May 2012 17:35 (UTC +04:00)
Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin keçirildiyi günlərdə Azərbaycan bütün dünyanın diqqətini özünə cəlb etdi. Nüfuzlu xarici KİV-lər Bakıda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsi haqqında materiallar dərc etməkdə davam edirlər.
"Sabah" qəzeti: Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrlik etdiyi "Eurovision 2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsi inanılmaz və möhtəşəm bir işə imza atdı

Azərbaycan, Bakı, 29 may /Trend/

Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin keçirildiyi günlərdə Azərbaycan bütün dünyanın diqqətini özünə cəlb etdi. Nüfuzlu xarici KİV-lər Bakıda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsi haqqında materiallar dərc etməkdə davam edirlər.

AzərTAc xəbər verir ki, Türkiyənin "Sabah" qəzetinin şərhçisi Bilge Eser məqaləsində yazır: "Bu ilin tədbiri müşahidə etdiyim bütün "Eurovision" müsabiqələri arasında məni daha çox heyrətləndirdi".

"Azərbaycandan "Eurovision" dərsi" sərlövhəli məqalədə müəllif qeyd edir: "Bir həftədir "Eurovision" ilə nəfəs alan Azərbaycan möhtəşəm bir şou ilə tarixin ən gözəl təşkilatçılığına imza atdı. Azərbaycana addım atdığım ilk gündən bütün ölkənin "Eurovision" ilə yaşadığını gördüm. Burada radio və televiziya kanalları, küçələr, geyimlər - bir sözlə, hər şey "Eurovision" ilə bağlı idi. İyirmi beş min nəfər "Bakı Kristal Zalı"nda, qalanları isə ya evlərində, ya da ki, müxtəlif yerlərdə Bakıda keçirilən möhtəşəm şounu izləyiblər".

Eser yazır: "Vaxt keçdi. Əvvəl səhnəyə Azərbaycan təmsilçisi Səbinə Babayeva, sonra da Türkiyədən Can Bonomo çıxdılar. Hamı ayaq üstə onları alqışlayırdı. Bayraqlar, həyəcan və sevinc dolu qışqırıqlar, rəqslər bir birinə qarışmışdı. Can Bonomo səhnədə mahnısını ifa edərkən gözlərimin dolduğunu hiss etdim. O, birinci olmasa da həm mənim, həm də bütün azərbaycanlıların könüllərinin birincisi idi. İfalar bitdikdən sonra səsvermə başladı".

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədrlik etdiyi "Eurovision 2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin inanılmaz və möhtəşəm bir işə imza atdığını vurğulayan müəllif qeyd edib ki, bu möhtəşəm tədbirdən hamı ağızdolusu danışırdı. Hamı Bakıda keçirilən "Eurovision 2012"-ni müsabiqənin tarixində nadir hadisə adlandırıb. Onlar bu günədək ən möhtəşəm şounun Bakıda keçirildiyini deyiblər.

"Azərbaycan yeni görkəmini əvvəl Avropaya, sonra da bütün dünyaya tanıtma fürsətindən sona qədər çox yaxşı istifadə etdi. Ölkə namizəd olduğu sonrakı idman yarışları üçün də qızıl fürsət əldə etmiş oldu", - Eser yazır.

Xəbər lenti

Xəbər lenti