Azərbaycan, Bakı, 3 may /Trend/
ARDNŞ-nin Gürcüstandakı törəmə müəssisəsi SOCAR Energy Georgia - SOCAR Georgia Petroleum MMC mayın 3-də qonşu ölkədə "SOCAR" brendli muasir standartlara cavab verən daha 2 yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Yeni YDM-lər soydaşlarımızın sıx yaşadığı Marneuli rayonunun Yuxarı Saral kəndində, eləcə də Acarıstan Muxtar Respublikasının Xevaçauri rayonu ərazisində istifadəyə verilib. Bununla da Gürcüstanda əhaliyə yüksək keyfiyyətli xidmət göstərən SOCAR Energy Georgia MMC-yə məxsus YDM-lərin sayı 68-ə çatıb. Açılış mərasimində ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyinin və SOCAR Energy Georgia MMC-nin rəhbər şəxsləri, yerli icra strukturlarının, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.