...

ABŞ Dövlət Departamenti Ermənistandakı səfir vəzifəsinə yeni namizədi artıq Ağ Evə təqdim edib

Dünya xəbərləri Materials 10 Oktyabr 2007 15:25 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Ermənistandakı səfir vəzifəsinə yeni namizədi artıq Ağ Evə təqdim edib. PanARMENIAN.NET müxbirinə Dövlət Departamentindəki diplomatik mənbələrdən məlum olub ki, yaxın gələcəkdə ABŞ Senatının xarici işlər komitəsində ABŞ-ın Ermənistandakı səfirinin təsdiq olunması proseduruna başlanılacaq.

"Biz ümid edirik ki, bu dəfə senatorlar Ağ Evin namizədini geri qaytarmayacaqlar. Biz Ermənistana çox böyük əhəmiyyət veririk və hesab edirik ki, İrəvandakı səfirlik belə uzun müddət başçısız qala bilməz" - deyə amerikalı diplomat bildirib.

ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə Riçard Xolqandın namizədliyi irəli sürülmüşdü. Onun namizədliyinə qondarma "erməni soyqırımı"nı tanımadığına görə senator Robert Menendez tərəfindən veto qoyulmuşdu. Əvvəlki səfir Con Evans İrəvandakı diplomatik korpusun rəhbəri vəzifəsindən 2005-ci ildə geri çağırılıb.

Xəbər lenti

Xəbər lenti