...

ŞKTR prezidenti Bakıya, türk dövlət və cəmiyyətləri başçılarının qurultayına dəvət olunmuşdur

Dünya xəbərləri Materials 14 Noyabr 2007 04:36 (UTC +04:00)

Türkiyə, Ankara / Trend , müxbir A.Ələsgərov./ Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Mehmet Əli Talat noyabrın 17-dən 19-dək Bakıda keçiriləcək Türk Dövlət və Cəmiyyətləri Başçılarının 11-ci Dostluq, Qardaşlıq və Əməkdaşlığı Qurultayında iştirak etməkdən ötrü Azərbaycana dəvət olunmuşdur.

"Türkiyə" qəzeti qeyd edir ki, Azərbaycan ŞKTR ilə hava yolu açmış və bununla da həmin respublikanın beynəlxalq təcridinin zəiflədilməsi istiqamətində mühüm addım atmış ilk ölkədir.

Xəbər verilir ki, qurultayın işində Türkiyə və ŞKTR-dən başqa Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Turkmənistan, Tacikistan və Monqolustanın, eləcə də dünyanın müxtəlif ölkələrindən 26 türk cəmiyyətinin nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti